Xəbər lenti
Qızılcadan ölənlərin sayı AÇIQLANDI
Qızılcadan ölənlərin sayı artmaqdadır. Ötən ilin sonlarında Qobustanda iki yaşlı, Şəmkirdə dörd yaşlı uşaq, Neftçala rayonunda 10 yaşlı məktəbli, Sabirabadda bir yaşlı körpə qızılcadan ölüb. Bu il də kədərli xəbərlərlə başladı: yanvarın 6-da Şəki rayonunun Sarıca kənd sakini, altı yaşlı Yusif müalicə olunduğu Şəki Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində qızılcadan dünyasını dəyişib. Bir gün sonra isə Nəsimi rayonunda yerləşən 5 saylı orta məktəbin rus bölməsinin 1D sinif şagirdi Ömər Heydərovun eyni xəstəlikdən həyatını itirdiyi məlum oldu.
Artıq bir neçə aydır ki, qızılca əleyhinə vaksinasiya prosesi həyata keçirilir. Valideynlərlə profilaktik söhbətlər aparılır, vaksinlərin faydaları barədə maarifləndirici məlumatlar paylaşılır. Vaksinasiyanın nə qədər sürətlə aparıldığı barədə mətbuatda da dəfələrlə materiallar təqdim edilib. Lakin təəssüf ki, 2023-cü ilin dekabr ayından bu yana 10-dan çox uşaq qızılcadan ölüb. Görülən tədbirlər effekt vermir?
Son iki ay ərzində qızılcadan ölənlərin statistikası aparılıbmı? Epidemik vəziyyət yaranıb?
Manevr.az-ın məlumatına görə, Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda ölkə ərazisində qızılca xəstəliyinə qarşı əks-epidemik tədbirlərin aparılması davam etdirilir:
“Qızılca və məxmərəyə qarşı həm planlı, həm də peyvənddən kənarda qalan uşaqlar arasında peyvənd işinə nəzarət gücləndirilib. Peyvəndlərlə əhatə olunma iki dəfəyədək artırılıb və böyükyaşlı əhali arasında da peyvəndləmə işləri davam etdirilir”.
Qeyd edək ki, ötən gün mətbuatda yayılan məlumata əsasən, ötən ilin dekabrın birindən Cəlilabadda 1 962 uşağa qızılca peyvəndi vurulduğu qeyd edilib. Cəlilabadda noyabr ayından etibarən 273 nəfər (18 yaşdan kiçiklər - 194 nəfər, 18 yaşdan böyüklər - 79 nəfər) bu virusa yoluxub. Hazırda aktiv xəstə sayı 41 nəfərdir. Ötən gün daha dörd nəfər bu xəstəliyə yoluxub.
Xatırladaq ki, bu gün Səhiyyə Nazirliyi də ölkədə qızılcaya yoluxma və aparılan mübarizə ilə bağlı məlumat yayıb. Qurum 2023-cü ilin sonlarından başlayan və hazırda davam edən qızılca xəstəliyinin yerli yayılması ilə əlaqədar ölkə əhalisinə peyvənd olunmaqla bağlı çağırış edib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar