Xəbər lenti
Həmcinsi ilə evlənən 34 yaşlı baş nazirlə bağlı SENSASİON FAKTLAR
Xəbər verdiyimiz kimi, Qabriel Attal Fransanın baş naziri təyin olunub.
Fransa tarixində ən gənc baş nazir olan 34 yaşlı Attal Emmanuel Makronun yaxın tərəfdaşlarından biridir və qatı ermənipərəst kimi tanınır.
Ən başlıcası, yeni baş nazir Fransa hakimiyyətində bir ilkə imzə atıb – belə ki, o, cinsi azlıqdır. Attal öz həmcinsi və makronçu Dirçəliş partiyasından Avropa Parlamentində deputat olan Stefan Sejurne ilə vətəndaş nikahında yaşayır.
Qabriel Attal internet məkanında ən çox tənqid olunan şəxslərdən biridir. Özü də etiraf edir ki, identikliyinə görə hər gün çoxsaylı internet istifadəçiləri tərəfindən təhqir olunur.
Hər gün təhqir olunan yeni baş nazir sanki öz acığını müsəlmanlardan çıxmağa çalışır. Oriyentasiyası ilə dünyada ad çıxaran Attal islamofob baxışları ilə də seçilir.
Makronun yeni baş naziri haqda danışan
“34 yaşında 5-ci respublikanın ən gənc baş naziri olan Attal həm də islamofob baxışları ilə seçilir. Ənənəvi qadın müsəlman geyimindən istifadənin qadağan edilməsi məhz Qabriel Attalın sayəsində mümkün olub. Ötən ilin 23 avqustunda belə bir addım atılmışdı və bu, əlbəttə ki, Fransada olan müsəlmanlar tərəfindən də böyük narazılıqla qarşılanmışdı. Qabriel Attalın islamofob yanaşmaları və baxışları əlbəttə, təəssüf doğurur.
Attalın karyerasının inkişafı və çox tez bir zamanda yüksək dövlət postuna yiyələnməsində də Fransanın erməni lobbisinin çox böyük rolu var. Bu, onu deməyə əsas verir ki, Qabriel Attal öz fəaliyyəti dövründə həm də Azərbaycana qarşı erməni lobbisinin diktəsi ilə fəaliyyət göstərəcəkdi.
Biz son illər Makronun ətrafında olan Fransa parlamentinin hər iki palatasında, şəhər idarəçiliyi sistemində ölkəmizə qarşı çoxsaylı çıxışları, açıqlamaları, bəyanatları görmüşük və Attal da istisna olmayacaq. Bu, bir ehtimal olaraq qalır”.
Politoloq qeyd edib ki, Qabriel Attalın şəxsi həyatı və cinsi azlıq olması da internet istifadəçiləri tərəfindən geniş müzakirə olunur:
“Bunun özü də Fransa kimi bir dövlətə utanc verən bir hadisədir. Lakin belə görünür ki, Makron yalnız bu tipli şəxslərə üstünlük verir. Belə cinsi oriyentasiyası olan insanları seçir, onları təyin edir, baxmayaraq ki, onun vəzifəyə təyinatından öncə də buraxılan nöqsanlar, səhvlər geniş rezonans doğurmuşdu, narahatlığa səbəb olmuşdu, lakin Emmanuel Makron belə şəxslərə etimad edir. Belə şəxslərlə hökuməti idarə etmək əzmindədir. Heç şübhəsiz ki, bu, Fransa dövlətinin nüfuzuna, imicinə və idarəçilik sisteminə də bir zərbə kimi qiymətləndiriləcək. Amma Makron belə idarəçilik sistemində təyin etdiyi kadrlardan çox məmnundur. Bu da hətta Fransa haqqında məlumatsız adamların bu ölkədə kadr siyasəti ilə bağlı, Makronun dövlət idarəçiliyi fəlsəfəsilə bağlı bütün ehtimalları üzə çıxarır və onu deməyə əsas verir ki, Fransa dövlətində cinsi azlıqlara olan etimad ən yüksək səviyyədədir”.
Bakı Politoloqlar Klubunun sədri, politoloq Zaur Məmmədovun sözlərinə görə, çox təəssüflər olsun ki, biz hazırda Avropa İttifaqının əsas mərkəzi ölkəsi sayılan Fransanın tarixində maraqlı və əslində hansısa mənada faciəvi mərhələyə qədəm qoyduğunu görürük:
“Çünki Fransanın çox böyük tarixi var. Fransa dünya ədəbiyyatında, dünya tarixində, mədəniyyətində xüsusi yerdə olub. Amma bu gün Emmanuel Makronun başçılığı altında bu ölkədə aparılan daxili siyasət, bu ölkənin xarici siyasəti 21-ci əsrdə elan olunan bəşəri prinsiplərlə üs-üstə düşmür. Biz bilirik ki, Fransa hazırda daxili siyasətində ciddi şəkildə problemlərlə qarışıb. Bu, o Makron hökumətidir ki, Avropa İttifaqının problemlərini və çağırışlarını həll etmək əvəzinə, Fransanın qarşısında dayanan çağırışları həll etmək əvəzinə Cənubi Qafqazda – harada ki, onun təsir imkanları kifayət qədər zəifdir, ora təsir etmək, buradakı proseslərə təzyiq etmək istiqamətində mühüm işlər aparılırdı. Eyni zamanda Fransanın neoimperialist və müstəmləkəçi siyasəti də hər kəsə məlumdur. Keçmiş baş nazir də müəyyən mənada daim ermənilərə dəstək verirdi və onun sferası, funksiyası olmayan məsələlərə müdaxilə etməyə cəhd göstərirdi”.
Politoloq vurğulayıb ki, yeni təyin olunan baş nazir tamamilə Qərb ölkələrinə uyğun trendin bir simasıdır:
“Biz bilirik ki, Qərbdə demək olar ki, tamamilə leqal şəkildə cinsi azlıqlarla bağlı yeni siyasətin əsası qoyulub. Bu siyasət də bu məsələni tədricən qloballaşdırmaqdan ibarətdir. Biz artıq həmin şəxsləri siyasi səhnəyə gətirmələrinin şahidi olmaqdayıq. Nəticə etibarilə dünyadakı demoqrafiyaya təsir etmək, dünya xalqlarının milli identikliyini dəyişmək, tədricən milliyyət və millilik məfhumlarını tamamilə insanlığa uyğun olmayan kateqoriyalarla əvəzləməkdən ibarətdir.
Qabriel Attalın hansı dünyagörüşünə malik olması heç kimə sirr deyil. Əlbəttə, Fransanı hazırda böyük çağırışlar gözləyir və bu çağırışları baş nazir kimi Attal həll etməlidir. Hansı ki, müsəlmanlara qarşı islamofobluğu ilə seçilir. O da Emmanuel Makron kimi ermənilərə rəğbəti ilə seçilən şəxsdir. Belə bir reallıqda görək, bundan sonrakı proseslər hansı istiqamət alacaq. Amma çətin ki, Fransadakı indiki hakimiyyət gələcək aylar ərzində bu və digər çağırışları həll etsin. Çox güman ki, Fransada növbəti seçkilərdə artıq biz yeni siyasi baxışın qalib gəlməsini görmüş olacağıq”. musavat.com

politoloq İlyas Hüseynov açıqlamasında bildirib ki, Qabriel Attal suallarla dolu, eləcə də bir sıra kəskin və xoşagəlməz mövqeyi ilə seçilən şəxsdir:

Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar