Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

Çağırışa getməyən həkim işdən çıxarıldı

Tarix: 09-01-2024 15:35     Baxış: 3282 A- / A+





Abşeron rayonu, Masazır qəsəbəsi, Füzuli 49 ünvanında eyvandan yıxılan yeniyetməyə yardıma gəlməyən təcili tibbi yardım əməkdaşı işdən çıxarılıb.
Manevr.az xəbər verir ki, bu barədə Bakupost.az-a Abşeron Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əli Allahverdiyev bildirib.
Onun sözlərinə görə, yayılan məlumatlardan sonra dərhal araşdırma aparılıb:
“Biz məsələni hərtərəfli araşdırdıq. Həmin tibb işçisinin üzərinə düşən vəzifəni yerinə yetirmədiyi təsdiqləndi. Ona görə də o, işdən uzaqlaşdırıldı”.
Xatırladaq ki, hadisə yanvarın 3-də baş verib. Sosial şəbəkələrdə yeniyetmənin eyvandan yıxılmasından sonra saat yarım ərzində təcili tibbi yardım maşınının gəlməməsi barədə məlumatlar paylaşılıb.
TƏBİB isə Ayan Aslanova üçün daxil olan çağırışla əlaqədar araşdırma aparıldığını bildirmişdi.
Eyvandan yıxılan 15 yaşlı Ayan Aslanovanın vəziyyəti stabil ağır olaraq qiymətləndirilir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar