Sizin Reklam Burada
Xəbər lenti
21-01-2025
20-01-2025
BÜTÜN XƏBƏRLƏR

“Duolingo ilə İngilis dili hamı üçün əlçatandır!” adlı layihənin təlimləri uğurla davam etdirilir -ŞƏKİLLƏR

Tarix: 08-01-2024 13:45     Baxış: 4398 A- / A+

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi"nin fərdi kateqoriysı üzrə qalibi “Duolingo ilə İngilis dili hamı üçün əlçatandır!” adlı layihənin təlimləri uğurla davam etdirilir.
Layihə çərçivəsində Göyçay rayon Qaraxıdır kənd tam orta məktəbində Göyçay rayonunda şəhid və qazi ailələrindən, həmçinin müharibə iştirakçısı olmuş və sosial təminatı aşağı olan ailələrdə böyüyən V-VIII sinif şagirdləri üçün 3 aylıq ödənişsiz İngilis dili kursu fəaliyyətə başlayıb. 19 noyabr 2023-cü il tarixdə Göyçay rayon Qaraxıdır kənd tam orta məktəbində ingilis dili kursunu ilk təlimləri baş tutub. Həmin tarixdən etibarən həftədə bir dəfə olmaqla 26 noyabr 2023, 03 dekabr 2023, 10 dekabr 2023, 17 dekabr 2023, 24 dekabr 2023 və 06 yanvar 2024-cü il tarixlərində İngilis dili dərsləri keçirilib, təlimçi Günay süleymanova tərəfindən müdavimlərə ingilis dilində oxumaq, yazmaq, dinləyib-anlamaq bacarıqları öyrədilməklə kursun təlim proqramına uyğun olaraq "People", "Lifestyle", "Professions", "Travelling" bölmələri tədris edilib. Qeyd edək ki, “Duolingo ilə ingilis dili hər kəs üçün əlçatandır!” adlı layihənin məqsədi Göyçay rayonunda şəhid və qazi ailələrindən, həmçinin müharibə iştirakçısı olmuş və sosial təminatı aşağı olan ailələrdə böyüyən V-VIII sinif şagirdlərinin ingilis dili biliklərini möhkəmləndirmək, onların ingilis dilində oxumaq, yazmaq, dinləyib-anlamaq bacarıqlarını inkişaf etdirməkdən ibarətdir. Layihə rəhbəri Göyçay rayon Qaraxıdır kənd tam orta məktəbin İngilis dili müəllimi Rəxşəndə Həmidova, ingilis dili kursunun təlimçisi Günay Süleymanova, layihə üzrə ekspert Ziba Məmmədovadır. Layihə çərçivəsində Göyçay rayon Qaraxıdır kənd tam orta məktəbində 3 aylıq ödənişsiz İngilis dili kursu təşkil olunub, kursda təhsil alan 15 şagird ilkin test imtahanının nəticələrinə əsasən seçilib. Kursda hər 4 dərsdən bir 90 dəqiqəlik test imtahanı keçirilir, tədrisin nəticələri ekspertlər tərəfindən dəyərləndirilir. Layihənin bağlanış tədbirində 3 aylıq kursu bitirən müdavimlərə göstərdikləri nəticələrə müvafiq olaraq diplom və sertifikatlar təqdim ediləcəkdir.





Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar