Sizin Reklam Burada
Xəbər lenti
09-09-2025
08-09-2025
BÜTÜN XƏBƏRLƏR

Eyni adlı arvadlar, uşaqlar və itlər: Doğuşdan sonra ayrılan əkizlərin heyrətamiz hekayəsi

Tarix: 07-01-2024 18:41     Baxış: 4200 A- / A+


Eyni adlı arvadlar, uşaqlar və itlər:  Doğuşdan sonra ayrılan əkizlərin heyrətamiz hekayəsi
Əkizlər eyni adlı həyat yoldaşlarından boşandıqdan sonra, eyni ada sahib yeni arvadlar tapıblar. Doğuşdan dərhal sonra bir-birindən ayrılan əkizlər, 39 yaşlarına qədər bir-birlərindən xəbərsiz olsalar da, həyatlarının heyrətamiz dərəcədə oxşar olduğunu öyrəniblər.
“Daily Star”a istinadən bu maraqlı hekayəni təqdim edirik:
Jim Lyuis və Jim Springer 1940-cı ildə anadan olublar. Onlar ABŞ-ın Minnesota ştatında bir-birindən 65 km uzaqlıqda böyüyüblər. Lyuis əkizindən ayrıldığını bilirdi. Ancaq Springerə isə qardaşının doğuş zamanı öldüyü deyilmişdi.
Əkizlər 1979-cu ildə Lyuis qardaşının əlaqə məlumatlarını tapanda tanış olublar. Bu zaman məlum olub ki, hər iki şəxs Linda adlı qadınlarla evlidirlər. İş baxımından oxşar sahədə çalışırlar. “Chevrolet” markalı avtomobilə sahibdirlər və hər ikisinin itlərinin adı Toydur. 
Əkizlərin Larri adlı ayrı qardaşları, oxşar maraqları, imlaya qarşı nifrətləri, riyaziyyat fənninə sevgiləri var idi. Ən maraqlısı odur ki, onlar Linda adlı həyat yoldaşlarından boşandıqdan sonra Betti adlı qadınlarla evləniblər. Hər ikisinin də Ceyms Alan adlı oğulları olub.
Özlərini siqaret çəkən, miqren xəstələri və təhlükəsizlik işçiləri (Lyuis mühafizəçi, Springer isə şerifin müavini idi) görən qardaşlar Minnesota Universitetində həkim Tomas Buşardın tədqiqatında iştirak ediblər.
Onlar üzərində şəxsiyyət testləri aparılıb. Tibbi tarixləri paylaşılıb və beyin dalğaları müqayisə edilərək oxşar nəticələr əldə olunub. Hətta onlardan nə isə rəsm çəkmək istəniləndə, onların çəkdikləri rəsmlər də demək olar ki, eyni olub. Bu da həkimləri heyrətə gətirib.lent.az

Manevr.az


 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar