Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bu ilin hansı ayında hansı bürc daha şanslı olacaq?

Tarix: 06-01-2024 21:58     Baxış: 4233 A- / A+
Yeni il, yeni ümidlər, yeni həyəcanlar, yeni başlanğıclar deməkdir. 2024-cü ildə hansı bürcün hansı ayda daha şanslı olacağı açıqlanıb.
Qeyd olunub ki, aylara görə şanslılar sırasında adı yer almayan bürclər üçün vəziyyət sabit qalacaq və həyat axınında heç bir dəyişiklik olmayacaq.

Manevr.az bürclərin aylara görə şanslı olanlarını təqdim edir:
Yanvar
Yanvar ayında Qoç, Oğlaq, Tərəzi və Xərçəng bürcləri pul məsələlərində, Şir, Buğa, Dolça və Əqrəb bürcləri isə dostluq, ortaq iş və ictimai tədbirlərdə daha şanslı olacaqlar.
Fevral
Fevral ayında Şir, Buğa, Dolça və Əqrəblər ünsiyyət, təhsil və ailə ilə bağlı, Oxatan, Qız, Əkizlər və Balıqlar isə pul məsələlərində şanslı olacaqlar.
Mart
Oxatan, Qız, Əkizlər və Balıqlar iş həyatlarında və karyeralarında, Qoç, Oğlaq, Tərəzi və Xərçənglər eşq həyatlarında, hobbilərində və tanışlıqlarında şans qazanacaqlar.
Aprel
Bu ayda Qoç, Oğlaq, Tərəzi və Xərçənglər təşkilati məsələlərdə, gündəlik işlərdə, idman və sağlamlıq baxımdan şanslı olacaq. Şir, Buğa, Dolça və Əqrəb bürcləri tələsik qərarlar verməmək üçün diqqətli olmalıdırlar.
May
Şir, Buğa, Dolça və Əqrəblər ürəklərinə qulaq assalar qalib gələcəklər. Oxatan, Qız, Əkizlər və Balıqlara gəlincə, bu ayda ehtiyatlı olmaq daha yaxşıdır.
İyun
Oxatan, Qız, Əkizlər və Balıqlar üçün uğurlu dövrdür. Xüsusilə kredit, borc, vərəsəlik və məhkəmə iddialarında. Qoç, Oğlaq, Tərəzi və Xərçəng bu ay eşq həyatınıza diqqət edin!
İyul
Qoç, Oğlaq, Tərəzi və Xərçəng bürcləri xarici ölkələrlə bağlı məsələlər və təhsildə şanslı olacaqlar. Oxatan, Qız, Əkizlər və Balıqlar üçün yeni dövr başlayır.
Avqust
Şir, Buğa, Dolça və Əqrəb bürcləri karyera baxımından çox uğurlu olacaq. Oxatan, Qız, Əkizlər və Balıqlar gündəlik işlərdə, fitnesdə, şəxsi həyatda və pəhrizdə müsbət nəticələr qazanacaqlar.
Sentyabr
Oxatan, Qız, Əkizlər və Balıqlar indi özünüzü kəşf etməyin vaxtıdır. Qoç, Oğlaq, Tərəzi və Xərçəng - tez-bazar qərarlar verməməyə diqqət edin.
Oktyabr
Qoç, Oğlaq, Tərəzi və Xərçəng bürcləri eşq həyatlarında, hobbilərində və tanışlıqlarında uğurlar qazanacaqlar. Şir, Buğa, Dolça və Əqrəb bürcləri dostluq, ortaq iş və ictimai tədbirlərdə daha şanslı olacaq.
Noyabr
Şir, Buğa, Dolça və Əqrəb, kredit, borc, miras və məhkəmə məsələlərində şanslı olarkən, Oxatan, Qız, Əkizlər və Balıqlar sevgi həyatları ilə bağlı sürpriz yeniliklərə açıq olacaqlar.
Dekabr
Oxatan, Qız, Əkizlər və Balıqlar bu ay ürəyinizin səsini diqqətlə dinləyin. Şir, Buğa, Dolça və Əqrəb, ani və tələsik qərarlar verməyin. Qoç, Oğlaq, Tərəzi və Xərçənglər ilin sonunda ev, daşınmaz əmlak və ailə məsələlərində çox uğurlu olacaq.(BAKU.WS)

Manevr.az 




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar