Sizin Reklam Burada
Xəbər lenti
21-01-2025
20-01-2025
BÜTÜN XƏBƏRLƏR

Vatsapla bağlı xəbərdarlıq: Bu tətbiqi istifadə edənlər...

Tarix: 06-01-2024 16:17     Baxış: 3168 A- / A+


Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi saxta Vatsap tətbiqlərinin yaratdığı təhlükə barədə vətəndaşları yenidən xəbərdar edib.
Manevr.az xəbər verir ki, bu barədə qurumun yaydığı məlumatda qeyd olunub.
"Belə ki, saxta Pink Vatsap, Vatsap+ kimi rəsmi vendor tərəfindən təqdim edilməyən tətbiqlər orijinal tətbiqdən fərqlənmək və cəlbedicilik üçün bir sıra əlavə funksionallıqlar təklif etməklə insanların marağına səbəb olur. Qarşı tərəfin sildiyi statusları və mesajları yadda saxlama, oxunmuş mesajların gizlədilməsi, onlayn olmanın izlənilməsi kimi əlavə funksionallıqlar təklif edən belə saxta tətbiqlər əslində istifadəçilərini yoluxduraraq onların məlumatlarını oğurlamaq, bəzən isə həmin tətbiqlər quraşdırılmış mobil telefonların emal gücündən “mining” və ya “proxy” kimi istifadə edilmək məqsədi ilə yaradılır.
Təəssüflə bildirmək lazımdır ki, Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin 26 aprel 2021-ci il tarixində (https://t.me/certgovaz/12) etdiyi xəbərdarlığa baxmayaraq, saxta Votsap tətbiqlərinin istifadəsi vətəndaşlar arasında artmaqda davam edir. Bunu “Kasperski Laboratoriya”sının oktyabr 2023-cü il tarixi üçün təqdim etdiyi araşdırmadan da aydın görmək olur. Belə ki, təqdim edilən araşdırmada Azərbaycan vətəndaşlarının saxta Vatsap tətbiqi yükləyənlərin sayına görə 45,64% ilə regionda ilk yerdə olması vətəndaşlar üçün kibergigiyena kimi maarifləndirmə tədbirlərinin genişləndirilməsinə ciddi ehtiyac olduğundan xəbər verir", - açıqlamada qeyd olunub.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar