Sizin Reklam Burada
Xəbər lenti
09-09-2025
08-09-2025
BÜTÜN XƏBƏRLƏR

Xalq artisti Prezidentin bağışladığı evə köçə bilmir - Səbəb nədir?

Tarix: 06-01-2024 15:21     Baxış: 3214 A- / A+

"Prezidentin mənə hədiyyə etdiyi evə köçə bilmirəm".
Manevr.az bildirir ki, bunu qaynarinfo-ya açıqlamasında Xalq artisti Yasin Qarayev deyib. Onun sözlərinə görə, həmin ev ona 2016-ci ildə - 70 illik yubileyi münasibəti ilə ölkə başçısı İlham Əliyev tərəfindən hədiyyə edilib:
"Mənə üç otaqlı ev hədiyyə edilib və Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə Yasamal rayonunda evlə təmin olunmuşam. Amma üstündən 7 il keçməsinə baxmayaraq, öz evimə köçə bilməmişəm. Səbəb belədir: bizim ev MAİN tikinti şirkəti tərəfindən inşa edilib. Həmin ev Bakının çıxacağında, Avtovağzalın üstündə, sol tərəfdə olan 22 mərtəbəli binaların birinin 5-ci mərtəbəsindədir. Ümumilikdə, 12 binadır. Onların 5-nin istismarına icazə verilib. Mənə verilən ev 21 saylı binadadır. Evin çıxarışı verilməyib. Həmin evdə indiyə qədər qeydiyyata düşə bilmirəm".
Aktyorun sözlərinə görə, ev verilən kimi yaşadığı bir otaqlı mənzili satıb:
"7 il bundan əvvəl yaşadığım bir otaqlı evi məcbur olub satdım ki, bu evi təmir etdirim. Evə ehtiyacı olan adamların 40-50 min pulu hardandır ki, mənzili təmir etdirsin. Evimə çıxarış almalıyam ki, burdan qeydiyyatdan çıxım, Prezidentin hədiyyə etdiyi evə qeydiyyata düşüm. Evi alan adam da məcbur edir ki, qeydiyyatdan çıx. Mənə ev verilən binada yaşayış da var".
 
Aktyor məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etdiyini qeyd edib: 
"Onlar MAİN şirkətinə müraciət edib. Şirkət də eyni cavabı verib. Şirkət Bakı Şəhər İcra Hakimiyyətinə bildirib ki, məhkəməyə verə bilərsiniz. Dolaşıq bir vəziyyətdəyəm. Aidiyyatı qurumlardan kömək istəyirəm. MAİN şirkətini də günahlandırmıram. Sual verirəm, istismara verilməyən binadan mənə niyə ev vermisiniz? Qapı bağlı qalıb. Bu qapını açmaq lazımdır. Gedib birtəhər yaşayaram, amma bina istismara verilmədiyindən qeydiyyata icazə verilmir. 80 yaşlı kişi havadan asılı qalıb".



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar