Sizin Reklam Burada
Xəbər lenti
08-08-2026
07-08-2026
BÜTÜN XƏBƏRLƏR

Ərindən gizli insan alveri ilə məşğul olan Nilufər Çanaqqalada tutuldu

Tarix: 05-01-2024 23:23     Baxış: 3203 A- / A+
Beynəlxalq axtarışda olan Nilufər Mirxanova Türkiyədə saxlanılıb.

40 yaşlı özbəkistanlı qadın cinsi istismar niyyətilə insan alveri ilə məşğul olmaqda təqsirli bilinir. Onun Çanaqqala şəhərində yaşaması ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat daxil olub.

Keçirilən əməliyyat tədbirləri ilə o, yaşadığı Ayvacık qəsəbəsində ələ keçirilib. Onun Rusiya, Türkmənistan, Qırğızıstan, Özbəkistan və Belarus əsilli qadınları aldadaraq, qanunsuz yollarla Türkiyəyə gətirdiyi və burada onları cinsi istismar üçün ayrı-ayrı şəxslərə satdığı müəyyənləşib. Məlum olub ki, cinayətkar qadın bu yolla ayda 1 milyondan çox pul qazanırmış.

Həmçinin o da üzə çıxıb ki, Mirxanova Türkiyədə yaşamaq icazəsi almaq üçün burada sahibkar M.Ş. ilə evlənib. M.Ş. mediaya verdiyi açıqlamada arvadının qırmızı bülletenlə İnterpol tərəfindən axtarılmasından xəbəri olmadığını və yazda toy planladıqlarını bildirib.

Nilufər Mirxanova Özbəkistana ekstradisiya olunub. lent.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar