Xəbər lenti
Cəlilabadlı fermerlər satdıqları kartofun pulunu ala bilmir

Bu barədə təsərrüfat sahibləri məlumat verib.
Onların sözlərinə görə, ötən mövsüm istixana şəraitində becərdikləri kartofu İqbal Ağayev adlı bir şəxs alıb və məhsulu Rusiyaya göndərib, onların pulunu isə bir-iki gündən sonra verəcəyini bildirib. Bununla belə, fermerlərə ödəniş olmayıb. Hazırda həmin sahibkar hər fermerə 3-10 min manat arasında, ümumilikdə isə 170 min manat borcludur.
Kartof istehsalçıları deyir ki, dəfələrlə İ.Ağayevlə görüşərək ondan pullarını istəyiblər. Sahibkar isə hər dəfə indi pulunun olmadığını bildirib, amma tezliklə borcunu ödəcəyinə söz verib. Amma verilən sözlər vəd olaraq qalıb. Son günlər isə iş adamı ümumiyyətlə pulu verməkdən imtina edib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan isə bildirilib ki, məsələdən məlumatlıdırlar. Hazırda faktla bağlı polis araşdırma aparır. report
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar