Sizin Reklam Burada
Xəbər lenti
21-01-2025
20-01-2025
BÜTÜN XƏBƏRLƏR

Gələn aydan sürücülər əlavə 30 manat öyəcəklər?

Tarix: 05-01-2024 17:04     Baxış: 3191 A- / A+

“Nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkətinin təmin edilməsinə Dövlət Yol Polisinin nəzarəti qaydaları barədə Təlimat”da dəyişiklik edilib.
Dəyişikliyə əsasən, avtomobillər texniki baxışdan keçirilərkən sürücülərdən dövlət rüsumu ilə yanaşı, “Tullantılar haqqında” qanuna uyğun olaraq müəyyən edilən utilizasiya haqqının da sənədi olmalıdır və texniki baxışa görə rüsumla yanaşı utilizasiya haqqı da ödənilməlidir.Bəzi ekspertlər hesab edir ki, fevralın 1-dən qüvvəyə minəcək utilizasiya haqqı ilə bağlı avtomobilinin istehsal ili 10 ildən 20 ilə qədər olanlar 10 AZN, 20 ildən 30 ilə qədər olanlar 20 AZN, 30 ildən yuxarı olan sürücülər isə 30 AZN ödəyə bilərlər. 
Məsələ ilə bağlı rəsmi münasibət öyrənmək üçün Daxili İşlər Nazirliyinə müraciət etdik. Nazirliyin Baş DYP İdarəsinin inspektoru polis leytenantı Manevr.az-ın məlumatına görə, Elvin Hacıyev BAKU.WS-ə bildirib ki, məbləğlə bağlı son sözü Nazirlər Kabineti deyəcək:
"İlk növbədə qanunvericilik aktlarında, o cümlədən “İstehsalat və məişət tullantıları haqqında”, “Yol hərəkəti haqqında” qanunlarda, eləcə də İnzibati Xətalar və Gömrük məcəllələrində dəyişiklik edilib.
Utilizasiya proqramına əsasən, avtomobillərin utilizasiyası müqabilində güzəşt və birdəfəlik ödəniş nəqliyyat vasitələrinin utilizasiyası fondu hesabına həyata keçiriləcək. Bu məqsədlə, ölkə ərazisinə gətirilən və istehsal-buraxılış vaxtından 4 il keçən minik avtomobillərinin gömrük rəsmiləşdirilməsi, həmçinin nəqliyyat vasitələrinin dövlət texniki baxışından keçirilməsi zamanı bu fonda utilizasiya haqqı ödəniləcək.
Utilizasiya haqqının məbləği və ödənilmə dövriliyi Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək".
Qeyd edək ki utilizasiya haqqını yalnız minik avtomobillərinin sahibləri ödəyəcəklər. Yük maşınları, avtobus və digər qeyri-minik avtomobillərinə görə utilizasiya haqqının ödənilməsi nəzərdə tutulmur.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar