Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Onlar duş qəbul etmirlər – Kral ailəsinin intim gigiyenası barədə bilinməyənlər

Tarix: 05-01-2024 11:43     Baxış: 4166 A- / A+


Onlar duş qəbul etmirlər  – Kral ailəsinin intim gigiyenası barədə bilinməyənlər
Manevr.az lent.az-a istinadla Britaniya kral ailəsində uzun illərdir hökm edən bəzi sirli qanunlar barədə məlumat verir.
Ömrünün 70 ilini taxtda keçirən Kraliça II Yelizaveta həmişə kral ailəsi ənənələrinin əsas və qüsursuz keşikçisi olub. Onun üçün ailə dəyərləri müqəddəs idi, ona görə də həmişə protokola əməl edirdi. Hətta şəxsi gigiyena qaydaları və gündəlik çimmək ritualı onun üçün həyatı boyu dəyişməz qaldı.
Kraliça heç vaxt duşdan istifadə etməyib.

Kraliçanın hansı iqamətgahında yaşamasından asılı olmayaraq, hər səhər saat 7:30-da qulluqçu ona düz 7 düym (1 düym və ya düymə 2,54 sm-ə bərabərdir) ilıq su doldurulmuş vannaya dəvət edirdi. O, vanaya girməzdən öncə suyun temperaturunu termometrlə ölçürdülər.
Vanna hazırlanana qədər kraliça televizorda xəbərləri izləyir və çay içirdi.
Su prosedurundan sonra o, yavaş-yavaş saçlarını düzəldir, geyinir və səhər yeməyinə gedirdi. Əlbəttə bütün bu işləri xüsusi köməkçilərin vasitəsilə edirdi.
Kral III Çarlz da duşdan istifadə etmir, lakin anasından fərqli olaraq, o, vannanın suyunun otaq temperaturunda tam yarıya qədər dolmuş olmasını tələb edir.
Kralın tələblərindən biri də odur ki, diş fırçasına 2 santimetr diş pastası sıxılsın. Kral çoxlu qulluqçuların əhatəsində böyüyüb və təkbaşına belə xırda işlər görməyə öyrəşməyib.
III Çarlz lüzumsuz olaraq özünü qulluqçularla əhatə edir, səyahətə çıxarkən, özü ilə şəxsi aşpaz, eşikağası, iki valet, katib və bir neçə mühafizəçi aparır.
Onlar kralın səfərlərdə istifadə etməyə adət etdiyi bir çox şəxsi əşyalarını daşıyırlar. Bunlara şəxsi gigiyena məhsulları, o cümlədən öz unitazı və xüsusi qapağı, bahalı markadan olan məxmərə bənzər tualet kağızları da daxildir.
Kral evlərindəki hamam otaqları həmişə mükəmməl vəziyyətdə saxlanılır, qulluqçulara onları təmiz saxlamaq üçün tozsoranlardan istifadə etməyə icazə verilmir.
Bukingem sarayında 78 vanna otağı var və bunların hamısı əl ilə təmizlənməlidir. Bu, ev işçiləri üçün böyük işdir.
Kral evlərinin vanna otağında diffuzorlardan və hava təravətləndiricilərindən istifadə etmək adət deyil. Xüsusi rəflərdə ağ əl dəsmallarının səliqə ilə qatlanmış yığını olmalı, tualet kağızı isə yuxarı qalxması üçün rulonun üzərinə qoyulmalıdır.
Kral ailəsinin kişi üzvlərindən heç biri saqqal saxlamır, etiketə görə, bütün kişilərin üzləri təmiz qırxılmalıdır. Yeganə istisna Şahzadə Harridir, bunun üçün o Kraliça II Yelizavetadan xüsusi icazə almışdı.
Kraliça II Yelizaveta "tualet" sözünü nəzakətli söhbətə uyğun hesab etmədiyinə görə, "the loo" terminindən istifadə edirdi.
Yemək yeyərkən tualetə getmək istədiyini demək ədəbsizlik hesab olunur. Kral ailəsinin üzvü süfrəni tərk etməzdən əvvəl sadəcə olaraq üzr istəməli və sakitcə getməlidir.
Tualetə gedəndə qəzet, jurnal oxumaq, telefondan istifadə etmək də son dərəcə ədəbsiz və qeyri-gigiyenik hesab olunur. Bu qaydaya kral ailəsinin bütün üzvləri əməl edir və heç bir istisna yoxdur.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar