Sizin Reklam Burada
Xəbər lenti
21-01-2025
20-01-2025
BÜTÜN XƏBƏRLƏR

Sənədsiz evlərlə bağlı Azərbaycan əhalisinə yeni xəbər - VİDEO

Tarix: 04-01-2024 14:01     Baxış: 4152 A- / A+


Rəsmi məlumatlara görə, Bakı və ətraf ərazilərdə 500 mindən çox sənədsiz ev var. Bir müddət əvvəl səndəsiz evlərə çıxarışların verilməsi üçün işlərə başlansa da, problem hələ də tam həll olunmayıb.
Manevr.az xəbər verir ki, qonşu ölkə Gürcüstanda artıq sənədsiz fərdi yaşayış evləri ilə bağlı tikinti amnistiyası qüvvəyə minib. Qərar fiziki şəxsə məxsus torpaq sahəsində yerləşən, qanunsuz fərdi tikililərə şamil ediləcək. Tikinti amnistiyası bir milyondan çox insanı əhatə edəcək. Bəs, bu təcrübəni Azərbaycanda da tətbiq etmək mümkündürmü?

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib ki, səndəsiz evlərin olduğu əksər ərazilərdə lazımi infrastruktur qurulduğu üçün sözügedən təcrübədən yararlanmaq olar. Çünki bu həm vətəndaşa, həm də dövlətə sərf edir.
Ekspert bildirib ki, ötən il 50 minə yaxın sənədsiz qeyri-yaşayış obyektinə çıxarışların verilməsinə başlanıb. Onun sözlərinə görə, fərdi yaşayış evləri də bu prosesdən kənarda qalmamalıdır. Çünki sənədsiz evlərə çıxarış verilmədiyinə görə vətəndaşlar qeydiyyatsız yaşamaq məcburiyyətində qalırlar. Bu da onlara müəyyən problemlər yaradır.
Ekspert əlavə edib ki, tikinti amnistiyası sayəsində qanunsuz tikililərlə bağlı çətinlikləri də aradan qaldırmaq olar.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar