Xəbər lenti
Bizə qələbəni İlkin kimi qəhrəman oğullar qazandırdı

Anası Səadət xanımın anlatdığına görə, oğlu olacağını yuxuda görübmüş İlkinin çəkisi doğulanda 9 kq olub. Çətin doğuş keçirən ananın vəziyyəti ağır olduğu üçün onu təcili Bakıdakı klinikalardan birinə yerləşdirirlər. Körpə İlkinə bacısı Ülviyyə və ana nənəsi Bəyaz nənə baxmalı olur. Qardaşına həm ana , həm dost, həm də əziz bacı olan Ülviyyə onun bütün qəhrini çəkir, İlkinlə ağlayır, İlkinlə gülür. Rabitə şöbəsində növbə ilə işləyən ananın evdə ən yaxın köməkçisinə çevrilir Ülviyyə.

Boylu-buxunlu, iri cüssəli özünə inamlı, qətiyyətli olan bu gənc, hələ orta məktəb illərindən idmanla məşğul olub. Qaydasız döyüş üzrə Avropa çempionu, Olimpiya ikincisi və respublika üzrə bir çox titulların sahibi olan İlkin, 2008-ci ildə Moskvada keçirilən yarışda erməni rəqibini 8 saniyədə nokauta salaraq, qələbə qazanıb. Hələ beş yaşındaykən atası Qarabağ döyüşlərində şəhid olan vətən oğlu müharibənin acılarını çox erkən hiss edib. Vətənə böyük sevgi, düşmənə nifrət bəsləyən İlkin ordu sıralarında ilk hərbi xidməti başa vurandan sonra da, hərbi yolu davam etdirib.

2007-ci ildə xüsusi əməliiyatda ağır yaralanır, 9 dəfə ağər əməliyyat keçirir, ayağının birini mina partlayışında itirən İlkinin bütün bədəni, o biri ayağı da qəlpələrdən ciddi zədə alır. Qəlpələrdən zəhərlənən yaraları sağalmır, get- gedə bədəni çürüməyə başlayır, onu xilas etmək mümkün olmur, 2023- cü il 2 fevralda şəhidlik zirvəsinə- şəhadətə yüksəlir İlkin. Bacısı Ülviyyə gözlərindən yaş süzülə- süzülə qardaşının ağrı- acılara necə mətanətlə dözdüyünü, 44-günlük müharibədə tək ayaqla maşın sürərək cəbhə bölgəsində yaralılara, əsgərlərə necə kömək etdiyini söylədi. Onlar İlkinin zarafatlarını, xarakterindəki qəribəlikləri gah ağlayıb, gah gülərək danışdıqca . dönüb İlkinin divardan asılmış şəkillərinə baxırdım (bir otaq başdan – başa İlkinin şəkilləri ilə bəzənib), ciddi, məğrur baxışlarıyıla sanki o da bizi dinləyirdi. Qarşımda iki qadın oturmuşdu, biri şəhid anası bəmbəyaz saçlı, oğlu haqqında danışdıqca, gah qürurlanan, gah ağlayan, gah da oğlunun zarafatlarını xatırlayıb gülümsəyən xanım- xatın ana. Səadət xanım, - qızım, saçlarıma İlkin gedəndən xına qoymuram, onları oğlum özü boyayırdı, deyirdi ki, ana qocalma, sənsiz neylərəm, axı, o adi oğul deyildi, onun itkisi necə yandırmasın bizi, - deyib hönkürdü. Qardaşının vəfatıyla barışmyan, dərin stress keçirib 4 ay ruhi- əsəb dispanserində müalicə alan, şəkər xəstəliyindən əziyyət çəkən Ülviyyə gənc ikən, dərddən- qəmdən qocalıb. Saçlarına erkən dən düşən , vaxtsız qocalan ana- bacılar minlərlədir. Ülviyyəni dinləyə- dinləyə fikirləşirdim ki, bacıları qardaşlar üçün doğur analar. Bu yaxınlarda dəyərli dostlarla Neftçilər xəstəxanasında müalicə alan qazi Talehin yanına getmişdik. Onun da baş ucunda bacısı Şəbnəm dayanmışdı, ona can- başla qulluq edirdi. Pəhləvan cüssəli Taleh də ağrılarla, yaraları ilə mübarizə aparır. Allah ona yardımçı olsun. Lənət olsun müharibə törədənlərə, mənfur erməni faşistlərinə, nə qədər oğullarımızı itirdik. Bizə qələbə qazandıran hər bir igid oğlumuzun həyatı bir qəhrərmanlıq məktəbidir. Başımızı uca tutub ağlamamalıyıq, göz yaşları şəhidlərimizin ruhuna yaraşmaz. Biz gülək, vətən gülsün deyə onlar canlarından keçdilər. Yaxşı ki, İlkini sağlığında bir dəfə görmüşdüm. İgid kəşfiyyatçı İlkin Quliyev qətiyyətli duruşu, əzəmətiylə yenidən gözlərim önündə canlandı. 4 yanvar ad günüdür, igid döyüşçünün. Adı, qəhrəmanlığı heç vaxt unudulmayacaq, xatirəsi önündə baş əyirik. Yeri uca göylərdə və qəlbimizin zirvəsindədir! Ad günün mübarək, İlkin!
Nazilə Gültac doktor, yazar
Manevr.az







Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar