Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

Qanunsuz satdığı dərmanları hoteldə saxlayan şəxs cəzalandırıldı

Tarix: 02-01-2024 09:07     Baxış: 3271 A- / A+
Azərbaycanda qeydiyyatdan keçirilməmiş dərman vasitələri satmaqda ittiham olunan Türkiyə vətəndaşı T.Emrah cinayət məsuliyyətinə cəlb edilib.

T.Emrah ölkəyə qanunsuz dərmanlar idxal etməkdə və satışını həyata keçirməkdə ittiham edilib.

O, istintaqa məlum olmayan yolla Bakıya gətirdiyi dərmanları Nərimanov rayonu ərazisində yerləşən hotellərdən birində saxlayıb. Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən keçirilən əməliyyat zamanı saxlanılan şəxsin qaldığı hotelin otağında qanunsuz saxladığı dərmanlar aşkar edilib. 

T.Emrah barəsində Cinayət Məcəlləsinin 200-1.2.1, 200-1.2.2 və 200-1.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda dərman vasitələrinin qanunsuz dövriyyəsi) maddələri ilə cinayət işi başlanıb. Saxlanıldıqdan iki gün sonra barəsində həbsə alternativ qətimkan tədbiri seçilərək sərbəst buraxılıb.

Nərimanov Rayon Məhkəməsi 35 yaşlı T.Özcana sınaq müddəti seçilməklə şərti cəza verilib. Sonradan Bakı Apellyasiya Məhkəməsi şərti cəzanı 800 manat cərimə cəzası ilə əvəz edib. qafqazinfo

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar