Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Gənc animatorlar klubu” layihəsinin təlimləri başa çatdı -ŞƏKİLLƏR

Tarix: 01-01-2024 11:59     Baxış: 3171 A- / A+
Müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarının (İKT) sürətli inkişafı və yayılması bəşəriyyətin inkişafı üçün geniş imkanlar yaradır. Respublikamızda informasiyalaşdırma sahəsində ciddi, uğurlu addımlar atılmışdır.

Ümummilli lider Heydər Əliyev 17 fevral 2003-cü il tarixli 1146 nömrəli Sərəncamı ilə respublikamızda informasiya- kommunikasiya texnologiyalarının geniş tətbiq olunması və inkişaf etdirilməsi haqqında "Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya(2003- 2012-ci illər)"nı təsdiq etmişdir. Buna əsasən, keçən dövr ərzində Azərbaycan hökuməti tərəfindən bu sahədə bir sıra kompleks tədbirlər həyata keçirilmiş və keçirilməkdədir. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 21 avqust tarixli 355 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər)"nın həyata keçirilməsi nəticəsində ölkəmizin ümumtəhsil məktəblərində informasiya və kommunikasiya texnologiyalarının tətbiqi sahəsində böyük işlər görülmüşdür.

 Prezidentin 2008-ci il 10 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" ölkəmizdə müasir İKT-ni geniş tətbiq etməklə vahid ümummilli təhsil mühitinin yaradılması və əhalinin bütün təbəqələri üçün keyfiyyətli təhsil almaq imkanlarının təmin edilməsi məqsədi güdür. Məhz bu qərarlardan irəli gələrək 2023-cü il Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən təşkil edilmiş Təhsildə inkişaf və innovasiyalar üzrə VII Qrant layihəsinə qoşularaq müəssir texnologiyanın dərslərə tərbiqinin səmərəli olmasını təsdiq edən qalibi “Gənc animatorlar klubu” layihəsi haqqında danışacağıq. Layihə qalibi Göyçay şəhə M.Füzuli adına 6 nömrəli tam orta məktəbin Azəbaycan dili və ədəbiyyat müəllimi  Aynur Rasim qızı Əliyevadır. Layihənin məqsədi XXI əsrin bacarıqlarından sayılan yaradıcı təfəkkürü və kommunikasiya bacarıqlarını inkişaf etdirmək, tədris olunan fənlərə marağı artırmaq, paylaşılan öyrənmə təcrübəsini təşviq etmək, şagirdlərdə diqqət dağınıqlığını aradn qaldırmaq və özgüvən yaratmaqdır.

 Layihənin vəzifələri 

 1. Animator şagirdin tətbiq etdiyi animasiya ilə təlimin digər şagirdlər üçün maraqlı etməsi.

2. Təlimdə şagirdlərin İKT- dən geniş istifadə etməsi.

 3. Şagirdlərdə yaradıcı təfəkkürü,  4K bacarıqlarını formalaşdırmaq. 

4. Şagirdlərin intellekt səviyyəsini təkmilləşdirmək.

 5.Şagirdlərin təqdimat bacarığını formalaşdırır.

 6. Şagirdlərin tənqidi düşünmə bacarığını artırır.

7. Şagirdlərdə nitqi formalaşdırır.

Animasiyaların qrafikası iştirakçıları mövzu haqqında daha çox öyrənməyə təşviq edəcək. Animasiyaya əsaslanan öyrənmə fəal öyrənmə mühiti yaradır. Animasiyaya əsaslanan öyrənmə şagirdlər üçün interaktiv, cəlbedici və xoş öyrənmə mühiti yaradacaq. Şagirdlərin İKT biliyi və bacarıqları artacaq. Bununla yanaşı özləri animasiya yaratdıqları üçün stimul alacaqlar ki, bu da özgüvənin artmasına səbəb olacaq.Yaratdıqları animasiyanı müzakirə zamanı nitq inkişaf edəcək,eyni zamanda qrupla fəaliyyət göstərdikləri üçün komunikasiya və əməkdaşlıq bacarıqları formalaşacaq. Ümumilikdə animasiyaya əsaslanan öyrənmə motivasiyasını təşviq etməkdə böyük rol oynayır. Bundan əlavə, şagirdin tədris olunan mövzuya olan marağı onların motivasiyasına birbaşa təsir göstərəcək. Hal-hazırda layihənin təlimləri başa çatmışdır. Layihə müəllifinin söylədiklərinə əsasən, demək olar ki, şagirdlər təlimlərə çox həvəslə yanaşmış, layihə çərçivəsində təşkil olunmjş festival üçün sərbəst şəkildə hazırladıqları nümunələri nümayiş etdirmişlər.

Manevr.az






Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar