Sizin Reklam Burada
Xəbər lenti
21-01-2025
20-01-2025
BÜTÜN XƏBƏRLƏR

Fazil Mustafaya qarşı terrorda ittiham olunanlar hakim qarşısına çıxarılır

Tarix: 01-01-2024 10:38     Baxış: 4199 A- / A+



Millət vəkili Fazil Mustafaya qarşı sui-qəsd cəhdində ittiham olunan dəstə üzvlərinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Manevr.az xəbər verir ki, iş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Müttəhimlər Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov və Səbuhi Şirinovun cinayət işini hakim Elnur Nuriyev araşdıracaq.
İş üzrə Fazil Mustafa zərərçəkmiş qismində tanınıb.
Qeyd edək ki, ötən ilin martında deputata qarşı sui-qəsd cəhdi olub. F.Mustafa  "Kalaşnikov" avtomatından açılan atəş nəticəsində xəsarət alıb.
Cinayət işinin istintaqını Dövlət Təhlükəsizliyi Xidməti (DTX) aparıb.
Terror aktında təqsirləndirilən 5 nəfər Cinayət Məcəlləsinin 277-ci (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham edilir.qafqazinfo

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar