Sizin Reklam Burada
Xəbər lenti
09-09-2025
08-09-2025
BÜTÜN XƏBƏRLƏR

Sumqayıtda 4 aylıq körpə “şurup”u necə UDUB? – TƏFƏRRÜAT

Tarix: 28-12-2023 11:56     Baxış: 3189 A- / A+
Xəbər verdiyimiz kimi, Sumqayıtda 4 aylıq körpənin mədəsində yad cisim tapılıb. 
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) məlumatına görə, Sumqayıt Tibb Mərkəzinin nəzdindəki Uşaq Xəstəxanasında əməliyyat olunan körpənin həyatı xilas olunub. 

4 aylıq uşağın, əsasən, mebellərin düzəldilməsində istifadə olunan “şurup”u necə udması hamını təəccübləndirib. 
Manevr.az bildirir ki, Sumqayıt Tibb Mərkəzinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Kəmalə Hüseynova hadisənin təfərrüatları barədə Bizim.Media-ya danışıb. O, körpəyə yad cismin evdəki digər uşağın verdiyini deyib:
“Ailədə iki uşaqdılar, biri 4 aylıq, digəri isə 1 yaş 3 aylıqdır. Kiçik qardaşı ağlayanda digər uşaq şrupu ağzına qoyub. Valideynin heç bir günahı yoxdur, yaş yarımlıq uşağı da günahlandıra bilmərik. Valideyn də həmin an, görən kimi uşağı öz avtomobili ilə bizim təcili yardım şöbəsinə gətirib. Bir saat ərzində körpə əməliyyat olunaraq yad cisim götürülüb. Əgər bir saat gecikmə olsaydı, daxili qanaxma ilə ölüm halı ola bilərdi. Əməliyyat bütün hüquqi və tibbi qaydalara uyğun həyata keçirilib”.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar