Xəbər lenti
Azərbaycanda saxta aksiz əməliyyatı

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən yayılan birgə məlumatda bildirilir ki, saxta aksiz markalarının dövriyyəsi ilə məşğul olan şəxslərin qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Baş Prokurorluq və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən birgə həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
Aparılmış əməliyyat-istintaq tədbirləri ilə Cəfər Cəfərovun qabaqcadan əlbir olduğu Səxavət Məmmədovla Azərbaycan Respublikasında istehsalı nəzərdə tutulmuş alkoqollu içkilərin 26 min ədəd saxta aksiz markalarını digər şəxslərə satmaqla qanunsuz olaraq saxta aksiz markalarının dövriyyəsini həyata keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.
Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyən olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar