Sizin Reklam Burada
Xəbər lenti
21-01-2025
20-01-2025
BÜTÜN XƏBƏRLƏR

İşləməyənlər nə qədər pensiya alacaqlar? - AÇIQLAMA

Tarix: 26-12-2023 10:54     Baxış: 3220 A- / A+
Ölkəmizdə əmək pensiyası hüququndan istifadə etmək üçün minimum pensiya kapitalına və ya azı 25 il sığorta stajına malik olmaq lazımdır. Bu tələblərə isə əmək müqaviləsi ilə işləyən şəxslər cavab verir. Bəs, rəsmi iş stajı olmayan və ya ümumiyyətlə, işləməyənlər pensiyaya necə çıxırlar?
Manevr.az-ın məlumatına görə, hüquqşünas Sahib Məmmədov bildirib ki, həmin şəxslərə müəyyən yaşa çatdıqda yaşa görə müavinət müəyyən olunur:

"2023-cü il üçün həmin müavinətin miqdarı 220 manat təşkil edirdi. Minimum əmək pensiyasının həcmi isə 280 manatdır. Amma burada bir güzəşt var ki, 2006-cı ildən 2018-ci ilə kimi ən azından bir gün sığorta stajı olanlara 25 il sığorta stajı hədiyyə olunur və onlara minimum həcmdə əmək pensiyası təyin olunur”.
Bu halda şəxsə yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın birinədək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanacaq.
Yaşa görə müavinətə gəlincə, onun məbləği yalnız ölkə başçısının müvafiq Sərəncamı ilə artırılır. Pensiyalar isə hər il orta əmək haqqının illik artımına uyğun həyata keçirilir. Bundan başqa, şəxsin pensiya hüququ yarandığı və ya işə daxil olduğu halda ona yaşa görə müavinətin ödənişi dayandırılır.
Ətraflı Baku TV-nin süjetində:


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar