Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

YENİ QAYDA - Nəzir qutularına yığılan ianələr hara XƏRCLƏNƏCƏK?

Tarix: 23-12-2023 18:04     Baxış: 3175 A- / A+
YENİ QAYDA - Nəzir qutularına yığılan ianələr hara XƏRCLƏNƏCƏK?Azərbaycanda uzun müddətdir nəzir qutularına nəzarət məsələsi müzakirə olunur. Bununla bağlı bir neçə il öncə "Dini etiqad azadlığı haqqında" qanuna düzəliş də olunub. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında həmin düzəlişdə ziyarətgahlarda ianələrin toplanması, xərclənməsi barədə xüsusi qaydaların qəbul olunacağını deyib.

O bildirib ki, həmin qaydalar üzərində ekspertlər tərəfindən işlər davam etdirilir və müxtəlif ölkələrin təcrübələri öyrənilir.
Sədr, həmçinin ianələrin verilməsində elektron yeniliklərlə bağlı məsələyə toxunaraq qeyd edib ki, burada söhbət verilən ianənin hansı istiqamətdə xərclənməsində şəffaflığın təmin edilməsi ilə bağlıdır.

Elə qanuna dəyişiklik də nəzir qutuları ətrafında gedən müzakirərdən sonra ianələrin xərclənməsində şəffaflığın təmin edilməsi məqsədilə edilib. Lakin bunun necə tənzimlənəcəyi cəmiyyətdə maraq doğurur.

Məsələ ilə bağlı Bizim.Media-ya danışan ilahiyyatçı Tural İrfan deyib ki, İslam dinində məscidə, ziyarətgaha nəzir vermək vacibatı yoxdur:

"İslam dinində insanın hansısa bir işinin həll olunması və mənfi hadisədən xilas olmaq üçün nəzir anlayışı var. Burada şərt pul deyil, heyvan qurbanı da nəzir ola bilər. Bizdə niyəsə insanlar daha çox pulu nəzir deyirlər. Amma dinimizdə ziyarətgah anlayışı yoxdur, Kəbədən, Peyğəmbərin məzarından başqa ziyarətgah yoxdur. Bu, sonradan yaranıb, tarix boyu başqa dinlərdən keçib. Bizdə də pirlər, ziyarətgahlar formalaşıb. Nəzir ehtiyacı olan insana verilməlidir. Nəzirin, sədəqənin, ianənin veriləcək mənbəyi kasıb insanlar olmalıdır".

O, ölkədə əvvəllər nəzir qutularına verilən ianələrin orta əsrlər qaydası ilə yığıldığını bildirib:

"Əvvəllər bu yığılan pullar hara gedirdi bilinmirdi. Ziyarətgaha, məscidlərə verilən pulları bəzən məscidin rəhbərliyi mənimsəyirdi, ziyarətgahlar var ki, onları kimsə himayə edir. O tikdirib və özü istifadə edir. Bəzi hallarda həmin nəzir üçün verilən pullardan xaricdəki müştəhidlərə zəkat qismində ayrılması haqqında da məlumat vardı. Yəni bunlar şəffaf deyildi, qaranlıq yollara xərclənirdi".

İlahiyyatçı hesab edir ki, bundan sonra şəfafflıq təmin oluna bilər:

"İndi bu məsələ qanunda əks olunub. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tənzimləmə işlərini aparacaq, hər bir halda şəffaflıq olacaq. Məscidin kommunal xərclərindən kənara qalan pulların hesabatı veriləcək, cəmiyyət də biləcək ki, bu vəsait hara xərclənib. Məsələn, bu vəsaitdən yetimlər evi, şəhid ailələrinə yardım oluna bilər. Yəni bu ianələr xeyirxahlıq işlərinə sərf olunmalıdır". bizim.media

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar