Sizin Reklam Burada
Xəbər lenti
13-11-2026
12-11-2026
BÜTÜN XƏBƏRLƏR

Naxçıvanın deputatı təhsil şöbəsini məhkəməyə verdi (SƏBƏB)

Tarix: 22-12-2023 21:02     Baxış: 3252 A- / A+
Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin deputatı Esmira Həsənova Naxçıvan Şəhər Təhsil Şöbəsini məhkəməyə verib.

Onun iddiasına Naxçıvan Şəhər Məhkəməsində baxılacaq. İş hakim Gülsüm Əliyevanın icraatındadır.

Esmira Həsənovanın iddia tələbi işə bərpa və əmək haqqının ödənilməsi ilə bağlıdır.

Esmira Həsənova Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin direktoru vəzifəsində işləyib.

O, bu ilin sentyabrında Naxçıvan MR təhsil nazirinin səlahiyyətlərini müvəqqəti icra edən, təhsil nazirinin müavini Ovni Muradovun əmrinə əsasən işdən çıxarılıb.

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olan Esmira Həsənova 21 saylı Seçki Dairəsindən Naxçıvan MR Ali Məclisinin deputatı seçilib. O, Ali Məclisin Sosial siyasət, elm, təhsil, idman və mədəniyyət məsələləri komitəsinin və İnztizam komissiyasının üzvdür. qaynarinfo

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar