Xəbər lenti
48 il sonra günahsız olduğu üzə çıxdı – Təfərrüat

Oklahoma məhkəməsinin hakimi Emi Palumbo məhkəmədə Simmonsu günahsız elan edərək, onun qətl törətmədiyini bildirib.
“Məhkəmə açıq və qənaətbəxş sübutlarla müəyyən edib ki, Simmonsun mühakimə və həbs olunduğu cinayət onun tərəfindən törədilməyib”, - hakim deyib.
Simmons Oklahoma şəhəri ətrafında bir içki mağazasında soyğunçuluq zamanı Kerolin Su Rocersin qətlinə görə ölüm cəzasına məhkum olunmuş, daha sonra bu, ömürlük həbs cəzası ilə əvəz edilmişdi. Qətl zamanı yaşadığı Luiziana ştatında olduğunu deyən Simmons 1975-ci ildə mühakimə olunaraq ölüm cəzasına məhkum edilərkən 22 yaşında idi.
Bir şahid digər şübhəliləri müəyyən etdikdən və prokurorların bütün sübutları müdafiəçilərə təhvil vermədiyi aşkar olunduqdan sonra məhkəmə iyulda Simmonsun cəzasını ləğv edib.
Simmons hazırda qaraciyər xərçəngi ilə mübarizə aparır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar