Xəbər lenti
“Azərişıq”da vaxtilə rüşvətxorluğa görə həbs edilənlər qurumda rəhbər vəzifələrə gətirilib? - İDDİA
Manevr.az vətəndaş Anar Ələmqulu oğlu Quliyevin 21 dekabr 2023-cü ildə redaksiyanın elektron poçtuna göndərdiyi şikayət məktubunu təqim edir
"Azərbaycan Respublikasının Prezidenti
hörmətli İlham Əliyev cənablarına
Surəti: Azərbaycan Respublikasının Birinci vitse-Prezidenti
hörmətli Xanım Mehriban Əliyevaya
Surəti: Azərbaycan Respublikası Prezidentinin köməkçisi
cənab Anar Ələkbərova
Surəti: Azərbaycan Respublikasının Baş naziri
cənab Əli Əsədova
Surəti: Azərbaycan Respublikası Milli Məclisinin sədri
Hörmətli Sahibə Qafarovaya
Surəti: Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin müavini
cənab Sahib Ələkbərova
Surəti: Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili,
Ombudsman hörmətli Səbinə Əliyevaya
Surəti: Azərbaycan Respublikasının Energetika naziri
cənab Pərviz Şahbazova
Surəti: “Azərişıq” ASC-nin sədri cənab Vüqar Əhmədova
“Azərişıq” ASC-də analoqu olmayan anarxiya baş alıb gedir. Vaxtilə dövlət əmlakını talayan, rüşvətxorluğa görə həbs edilənlər qurumda rəhbər vəzifələrə gətirilib. Qurumda keçmiş məhkumlar “at oynadır”. Sosial ədalətsizlik, işçilər arasında təbəqələşmə, ayrı-seçkilik adi hala çevrilib. Azərişıq ASC-nin baş ofisində işləyənlər rayon şəbəklərindəkindən 2 dəfə çox maaş alır. Cənab Prezidentin göstərişləri əsasında bütün qurumlarda işçilərin əmək haqları artırılsa da “Azərişıq” ASC buna məhəl qoymur. Cəmiyyətin sədri Vüqar Əhmədovun bu özbaşınalıqlardan ya xəbəri yoxdur, ya da bu özbaşınalıqlara özü rəvac verir. Mən Azərişıq ASC əməkdaşı olaraq 1 ildir ki, Vüqar Əhmədovun qəbuluna düşə bilmirəm. Ona ünvanladığım şikayətlərim araşdırılmır. Cənab Prezidentimizin göstərişi ilə bütün nazirlər, idarə rəhbərləri bölgələrə ezam olunur, vətəndaşların şikayətlərini araşdırlar. Vüqar Əhmədov bu vəzifəyə təyin olunandan bircə dəfə də olsun Sumqayıt şəhərinə gəlib idarə ilə, işçilərlə maraqlanmayıb. Buna görə də işçilər digər orqanlara şikayət etmək məcburiyyətində qalırlar. Mən şəhid ailəsi üzvü və Qubadlı rayon məcburi köçkünüyüəm. Ali təhsilli energetikəm. 21 ildir bu sistemdəyəm. 3 azyaşlı övladım var. Yataqxanada məskunlaşmışam. Sumqayıt RETSİ-də istismar üzrə mühəndisi işləyirəm. “Azərişıq” ASC-dəki özbaşınalıqlar barədə Cənab Prezidentə şikayət etdiyim üçün bu günə qədər təzyiqlərə məruz qalmışam. Sumqayıt şəhəri, 4-cü mkr. ərazsisində yerləşən kommersiya obyektinin enerjitəchizatı şəbəkəsinə qoşulması üçün sahibkar süründürməçiliyə, get-gələ salınmışdır. Bir vətəndaş, həm də “Azərişıq” ASC-nin mühəndisi kimi bu haqda müxtəlif qurumlara KİV vasitəsilə mürciət etdim. Məhz mənim müraciətim mətbuatda dərc olunduqdan sonra həmin obyekt qanuni qaydada Asan Xidmətdə “Azərişıq” ASC-nin hesabına 27.000 manat ödədi və problemi həll olundu. Bu hadisədən sonra “Azərişıq” ASC-nin texniki nəzarət şöbəsinin rəisi Arif Yusifov, hüquq departamentinin rəisi Arif Ləzimzadə əlbir olaraq məni məhkəməyə verdilər ki, guya mən Arif Yusifovun rüşvət alması ilə bağlı KİV-də yalan məlumat yaymaqla ona şər atmışam. Halbuki vətəndaşın problemi məhz mənim şikayətimdən sonra həll edildi. O gündən bu vaxta qədər mən idarə tərəfindən təzyiqlərə, təqiblərə məruz qalmışam. Məni işdən çıxarmaqla hədələyirlər. Sumqayıt RETSİ-nin rəisi Həbib Əzizov məni qəbuluna çağırıb deyir ki, :-“Arif Ləzimzadə və Arif Yusifovun tələbi budur ki, sən öz ərizənlə Sumqayıt şəhərindən çıxıb Suraxanı rayonuna getsən sənə qarşı iddia tələbi geri götürüləcək” Bundan sonra Arif Yusifovla telefon əlaqəsi saxladım. O isə bildirdi ki,:-“mənim sənə qarşı heç bir iddiam yoxdur, bu “sədr Vüqar Əhmədovun göstərişidir” Əvvəla, mən Qubadlı r., məcburi köçkünü kimi Sumqayıtda məskunlaşmışam. Bakı şəhərindən Sumqayıt şəhərinə gələnləri Azərişığın Bakıdakı rayonlarına göndərmək lazımdır. Mənim isə Qubadlı r. Məcburi köçkünü kimi Vətənim Qubadlıda, Xankəndində, Şuşada işləməyim daha məqsədyönlü olardı. Mən ali təhsil və 21 illik iş stajımla istismarda mühəndisəm. Lakin ali təhsili olmayanlar, qeyr-energetiklər, polis sistemindən təqaüdə çıxan, energetikadan anlayışı olmayanlar bu gün rəhbər vəzifələrdə işləyir. Sumqayıt ş., Corat qəsəbəsində bir yeniyetmə gərginliyə düşüb, bir qolu kəsilib hazırda yarımcan haldadır. Daha sonra yenə də Sumqayıt şəhərində 2 əməkdaşımızı (usta-Mehablıyev Nicat İbadət oğlu, PŞİ üzrə elektrik montyoru-Pirəliyev Mais Daşdı oğlu) məhz 09.11.2023-cü il şənbə günündə cərəyan vurub öldürdü. (https://news24.az/130652-sumqayitda-azerishiqin-iki-emekdashini-tok-vuraraq- oldurdu.html) Hələ Azərbaycanın Energetika tarixində belə bir hadisənin olmasını xatırlamıram. Bu hadisənin baş vermə səbəbi zənnimcə məhz öz vəzifə səlahiyyətlərini dərk etməyən qeyri-peşəkarların vəzifəyə gətirilməsidir. “Azərişıq” ASC bu hadisənin baş vermə səbəblərini, günahkarları araşdırmaq yerinə məni təqib etməklə məşğuldur. Azərişıq ASC-də keçmiş İqdisadi İnkişaf nazirliyinin həbsdə yatan mütəşəkkil dəstə üzvləri at oynadır. Görün Azərişıq ASC nə qədər rəzil günə qalıb ki, mütəşəkkil dəstə şəklində dövlət əmlakını talama, rüşvətalma maddələrinə görə həbs edilən keçmiş quldurlar pensyaçı-Sakit Baxışov, pensiyaçı-Çingiz İbadov, Mahir Novruzov, Hərbi prokurorluqdan qovulan pensiyaçı-Xalid Təhməzov kimilər rəhbər vəzifəyə gətirilib. https://az.trend.az/azerbaijan/society/915278.html Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevlə əlaqəyə girərək bankdan götürdüyü külli miqdarda pulu mənimsəyən və külli miqdarda dələduzluğa görə həbs edilən (https://oxu.az/criminal/87504) Mehman Mehdiyev kimi pensiyaner Qaradağ rayonunda rəisdir. Zənnimcə dövlət əmlakını talamaq, rüşvət almaq birbaşa Cənab Prezidentə xəyanət kimi qiymətləndirilməlidir. “Azərişıq” ASC rəhbərliyi bunları niyə araşdırmır ? Görünür “Azərişıq” ASC rəhbərliyi “öz gözlərindəki bi qədər tirləri görməzdən gələrək mənim kimi sıravi bir mühəndisə təzyiq göstərməklə məni məğlub etmək xülyasındadır ?! Müzəffər Ali Baş Komandan İlham Əliyev Cənabları şəhid ailələrinə xüsusi diqqət, qayğı göstərir, onların problemləri ilə maraqlanır. Cənab Prezidentin bu addımlarının əksinə olaraq Azərişıq ASC-nin məmurları şəhid övladını işdən qovmaqla hədələyirlər. Halbuki Vüqar Əhmədov, Arif Ləzimzadə, Arif Yusifov kimilər Qarabağda şəhid olanların hesabına bu gün vəzifədədirlər. Xahiş edirəm “Azərişıq” ASC adlı özbaşına qurumdakı anarxiyaya son qoyulmasında mənə köməklik edəsiniz."
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar