Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

Ana bir zarafatı ilə qızını güldürüb komadan ayıltdı

Tarix: 19-12-2023 21:21     Baxış: 3201 A- / A+
Ana bir zarafatı ilə qızını güldürüb komadan ayıltdıABŞ-da ana bir zarafatı ilə qızını güldürərək həyata qaytarıb.

Miçiqan ştatının Niles şəhərinin sakini, 41 yaşlı Cennifer Fluellen 25 sentyabr 2017-ci ildə qəzaya uğrayıb. Həmin gün qadın üç oğlunu məktəbə buraxıb və işə gedərkən qəfildən elektrik dirəyinə çırpılıb. Bundan sonra amerikalı komaya düşüb və beş il huşsuz qalıb. Qadının anası Peqqi Mins bir gün oyanacağı ümidi ilə mütəmadi olaraq ona baş çəkib.

2022-ci ilin avqustunda Mins qızı ilə xəstəxana otağında ona zarafat etmək qərarına gəlib. Bu zaman o, Cenniferin güldüyünü eşidəndə şoka düşüb. Qadın qızının nəhayət komadan çıxdığını anlayıb. "O oyandı, amma tam deyil. Danışa bilmədi, amma başını tərpətdi", – Mins deyib.

Həkimlərin məyusedici proqnozlarına baxmayaraq, bir müddət sonra Fluellen güclənib və sağalmağa başlayıb. Hazırda o, oturub bəzi sözlər deyə bilir.

Gənc qızın dediyinə görə, anası üçün ömrünün beş ilini darıxdığını, övladlarının böyüməsini görmədiyini qəbul etmək çətin olub. Bununla belə, oğulları onunla keçmişdən danışmamağa və onu ruhlandırmağa çalışırlar. Anası isə inanır ki, qızı tezliklə yeriyə biləcək və uşaqlarla mümkün qədər çox vaxt keçirəcək. lent.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar