Sizin Reklam Burada
Xəbər lenti
05-10-2025
04-10-2025
03-10-2025
BÜTÜN XƏBƏRLƏR

Arif Hacılının həbsdə olan oğlu ev dustaqlığına buraxıldı

Tarix: 19-12-2023 13:43     Baxış: 4198 A- / A+
Arif Hacılının həbsdə olan oğlu azadlığa buraxıldı

Müsavat başqanı Arif Hacılının həbsdə olan oğlu azadlığa buraxılıb.
 
Manevr.az
 xəbər verir ki, bu barədə Arif Hacılı özü məlumat verib.
 
O bildirib ki, oğlu Orxan Hacılı bu gün azadlığa çıxıb.

Orxan Hacılının vəkili Nemət Kərimli bildirib ki, bu gün Yasamal rayon Məhkəməsində Orxan Hacılının ev dustaqlığına buraxılması ilə bağlı vəsatətləri təmin edilib.
 
Qeyd edək ki, Yasamal rayon Polis İdarəsində Orxan Hacılı barəsində Cinayət Məcəlləsinin 263.1 (nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər dəydikdə) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanılıb.
 
Yasamal rayon Məhkəməsi Orxan Hacılı barəsində 2 aylıq həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.apa

Manevr.az




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar