Xəbər lenti
"Bakı Metropoliteni" 45 min litr süd alır - Bir litr üçün 2,73 manat ödəniləcək

Manevr.az xəbər verir ki, QSC bununla bağlı fərdi sahibkar Həsənova Esmira Hadı qızı ilə satınalma müqaviləsi imzalayacaq.
Metropoliten 44 730 litrə görə Esmira Həsənovaya 122 452,85 AZN ödəyəcək. Bu halda südün 1 litri 2,73 AZN-ə düşür. Bazarda inək südünün 1 litri 1,40 AZN, camış südünün 1 litri isə təxminən 2 AZN-dir.
Ticarət şəbəkələrində isə pasterizə olunmuş südün 1 litri 2 manat civarındadır.
Nəzərə alsaq ki, "Bakı Metropoliteni" QSC birdən-birə 44 730 litr süd alır, o zaman qiymət daha ucuz olmalıydı.
Qurum cari ilin may ayında da Esmira Həsənovadan 41 670 litr süd alıb. Buna görə sahibkara 95 882, 67 AZN ödənilib. Yəni, "Bakı Metropoliteni" südün 1 litrini 2,3 AZN-ə alıb.
"Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynovdur. O, 2014-cü ildən bu vəzifədədir.publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar