Sizin Reklam Burada
Xəbər lenti
21-01-2025
20-01-2025
BÜTÜN XƏBƏRLƏR

Zəngəzur uğrunda mübarizə niyə qloballaşır? - Ağar

Tarix: 19-12-2023 09:06     Baxış: 3150 A- / A+









Hazırda Ermənistan və Azərbaycan arasındakı vasitəçilik məsələsində də geosiyasi rəqabət var. Çünki Azərbaycan və Ermənistan arasında imzalanacaq sülh müqaviləsinin doğuracağı nəticələr gələcəyə və beynəlxalq sistemin yenidən qurulacaq arxitekturasına öz təsirini göstərəcək.

Bu sözləri Türkiyənin terror və təhlükəsizlik məsələləri üzrə eksperti Abdullah Ağar deyib.

Ağar Türkiyənin bütün hallarda Azərbaycanın yanında olduğunu vurğulayıb:

“Məsələ yalnız Türkiyə ilə Azərbaycan üçün yox, eyni zamanda ABŞ, AB, Rusiya, Çin və İran üçün də son dərəcə həssasdır. Bütün bunlar fonunda imzalanacaq sülh müqaviləsi və Zəngəzur dəhlizi üzərində çox böyük bir siyasi mübarizə var. Zəngəzur Orta Dəhlizin əsas hissəsidir və onun açarını əldə etmək üçün mübarizə gedir. Burada belə bir sual ortaya çıxır: Ermənistan kimin proksi dövləti olacaq? Türkiyə və Azərbaycan Ermənistana müharibənin nəticələrinin doğurduğu haqları və verilən sözləri özündə birləşdirən sülh müqaviləsi təklif edir. Belə ədalətli sülh müqaviləsinin Ermənistanın özünə də faydası var. Əks halda isə imzalanacaq sülh müqaviləsi İrəvanı boğacaq. Özləri də bunu çox yaxşı bilirlər. Ancaq ölkənin çox böyük asılılığı var və indiki məqamda Rusiyanı ciddi şəkildə narahat edəcək formada üzlərini Atlantika alyansına çeviriblər. Burada da Rusiya və Atlantika alyansı arasında çəkişmənin olduğunu görürük. Türkiyə isə bütün hallarda Azərbaycanın haqlarının, milli təhlükəsizlik maraqlarının öz əksini tapdığı sülh müqaviləsinin imzalanmasına tərəfdar olduğunu ifadə edir. Rəsmi İrəvanın Ankara ilə münasibətlərini normallaşdırmasının yolu Bakıdan keçir. Digər halda isə Ermənistana yol verilməyəcək. Bir maraqlı faktı xatırlatmaq istəyirəm: ABŞ Yaxın Şərq üçün “əhəmiyyətli”, Mərkəzi Asiya üçün isə “strateji” ifadəsini işlədir. Yuxarıda da qeyd etdiyim kimi, əsas mübarizə dəhlizin açarı uğrunda gedir. Çünki həm Şimal-Cənub, həm də Şərq-Qərb dəhlizi bizim coğrafiyamızdan keçir. Hər kəs gedən mübarizənin öz mənfəətlərinə, hesablarına uyğun şəkildə bitməsini istəyir. Böyük rəsmi isə həm Ukrayna, həm Qəzzada gedən müharibəni, həm də Qarabağda son aparılan lokal antiterror tədbirlərini birləşdirməklə oxumaq və görmək mümkündür”. axar.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar