Sizin Reklam Burada
Xəbər lenti
25-02-2025
24-02-2025
BÜTÜN XƏBƏRLƏR

Şəmkir su anbarında nəhəng ilan görünüb? - AÇIQLAMA

Tarix: 18-12-2023 21:36     Baxış: 3151 A- / A+
Şəmkir su anbarında nəhəng ilan göründüyünü iddia edən video yayılıb. Bir çox insanın marağına səbəb olan görüntüdə suda üzən heyvanın ilan olub-olmaması sual doğurub.

Zoologiya İnstitutunun biologiya üzrə fəlsəfə doktoru, dosent Təvəkkül İsgəndərov bildirib ki, su anbarında nəhəng ilanın görünməsi mümkündür.

Onun sözlərinə görə, havanın mülayim keçdiyi, suyun temperaturunun 14 dərəcədən aşağı olmadığı hallarda suda yaşayan və qışlamada olan sürünənlər, o cümlədən su ilanları aktiv ola bilirlər:

“Temperatur 14 dərəcədən aşağı olduğu zaman isə bu heyvanlar qış yuxusuna gedirlər. Düzdür, videoya baxanda suda üzənin hansı heyvan olduğunu dəqiq müəyyən etmək olmur, lakin ölçüsünün böyüklüyünə görə su ilanı olması ehtimalı var”.

O qeyd edib ki, Azərbaycanda iki növ su ilanı var:

“Onlardan biri şirin sularda yaşayan adi su ilanı, digəri isə həm şor, həm də şirin sularda yaşayan əsl su ilanıdır. Adi su ilanlarının boynunda ya ağ, ya da narıncı rəngdə çiçək ləçəyinə bənzər xalları olur. Onlar şirin və az şoranlığı olan bataqlıq sularında yaşayırlar. Əsl su ilanı isə şor sularda, dənizdə yaşayırlar. Əsl su ilanı həm şor, həm də şirin sularda olur. Ölçüsünə görə əsl su ilanları daha böyük, şirin su ilanları isə kiçik olurlar. Onu da qeyd etmək lazımdır ki, su ilanları suya yalnız qidalanmaq üçün girirlər”.

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar