Manevr.az xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli feysbuk hesabında məlumat yayıb.
Qeyd edək ki, Rəsul Quliyev 1996-cı ildən ABŞ-də Florida ştatının Palm-Kost şəhərində yaşayır. Təxminən 100 000 əhalisi olan şəhər Dubaydakı məşhur Palma adalarına bənzəyir. Palm-Kost şəhərindəki evlər hər tərəfdən su kanalları ilə əhatə olunub. Şəhərdəki evlərin qiyməti də ABŞ-nin daşınmaz əmlak bazarı üçün kifayət qədər yüksək hesab olunur.