Manevr.az trend-ə istinadən xəbər verir ki, ANCA-nın "X" sosial şəbəkəsindəki hesabında 2024-cü ildə keçiriləcək Paris Yay Olimpiya Oyunlarına Azərbaycanın qatılmasına mane olmaqla bağlı çağırış edilib.
Paylaşımda ölkəmiz artıq tarixə qovuşmuş qondarma rejimə qarşı guya "soyqırımı" törətməkdə ittiham olunub.
Xatırladaq ki, millətlərarası nifrət yaymaqla məşğul olan ANCA müxtəlif dönəmlərdə oxşar addımlar atıb. Bu addımları ölkəmizə qarşı hədə-qorxu, təzyiq vasitəsi hesab edən komitə fəaliyyətində terrorçu və təxribatçı niyyətini açıq nümayiş etdirib.
Hələ 2021-ci ildə Azərbaycanın ABŞ-dakı ovaxtkı fövqəladə və səlahiyyətli səfiri Elin Süleymanov da ermənilərin təhdidlərinə məruz qalmışdı. Belə ki, Amerikanın Erməni Milli Komitəsi (ANCA) öz "Tvitter" hesabında səfirimizə qarşı nifrət aşılayan kampaniyaya başlamışdı.
ANCA paylaşımlarında nifrət və təhdidlər yağdırır, səfiri müharibə cinayətlərində ittiham edirdi. Komitənin bu addımından cəsarətlənən ermənilər də təhdid və təhqir dolu postlar yayımlamaqdan çəkinmirdilər. Hətta onlardan biri səfiri ASALA ilə təhdid etməkdən çəkinməmişdi.