Sizin Reklam Burada
Xəbər lenti
25-02-2025
24-02-2025
BÜTÜN XƏBƏRLƏR

Bakıda küləyin sürəti 30 m/s-ə çatır

Tarix: 17-12-2023 20:14     Baxış: 3149 A- / A+
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin dekabrın 17-si saat 18.00-a olan məlumatına əsasən ölkə ərazisində küləkli, yağıntılı hava şəraiti davam edir.
Xidmətdən bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Balakən, Gəncə, Şəmkir, Qusar, Şəki, Zaqatala, Şabran, Cəfərxan, Lənkəran, Neftçala, Biləsuvar, Beyləqanda arabir yağış, Gədəbəy, Daşkəsən, Xaçmaz, Xaltan, Sarıbaş (Qax), Qubada, Zaqatala rayonunun dağlıq ərazilərində (Əlibəy) qar yağıb.
Külək: Şimal-qərb küləyinin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 30 m/s, Naftalanda 28 m/s, Gəncədə 24 m/s, Tərtərdə 23 m/s, Neftçala, Tovuz, Şahdağda 20 m/s, Şəkidə 18 m/s, Altıağacda 17 m/s, Ceyrançöl, Şəmkirdə 16 m/s-dək güclənib. Neft Daşlarının məlumatına əsasən dalğanın hündürlüyü 4.6 metrə çatıb.
Duman: Naxçıvan, Şərur, Culfa, Naftalan, Gəncə, Şəmkir, Balakən, Zaqatala, Qobustan, Şəki, Şamaxı, Qobustan, Quba, Qusar, Xaltan, Qrız, Yevlax, Cəfərxan, Hacıqabul, Lerik, Yardımlıda müşahidə olunub.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 6 dərəcəyədək isti, Naxçıvan MR-da 10 dərəcəyədək isti, dağlıq rayonlarda 5 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 0 dərəcə şaxta, aran rayonlarında 12 dərəcəyədək isti qeydə alınıb.
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı, küləkli hava şəraiti dekabrın 18-i gündüzədək davam edəcək.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar