Sizin Reklam Burada
Xəbər lenti
09-09-2025
08-09-2025
BÜTÜN XƏBƏRLƏR

Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək? - AÇIQLAMA

Tarix: 17-12-2023 15:55     Baxış: 3413 A- / A+
Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək? - AÇIQLAMA

“Şimal-qərbdən hərəkət edən soyuq hava kütlələrinin təsiri nəticəsində ölkə ərazisində yağıntılı, küləkli hava şəraiti müşahidə olunur”. 
Manevr.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
 
O bildirib ki, küləyin maksimal sürətinin bəzi yerlərdə 27-32 m/san-dək çatacağı gözlənilir:
 
“Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək”. 
Qeyd edilib ki, Bakıda və Abşeron yarımadasında da yağıntılı hava şəraiti dekabrın 18-i səhərədək davam edəcək. Bəzi yerlərdə intensiv olacağı, 17-i gecəyə doğru, 17-dən 18-ə keçən gecə və səhər saatlarında bəzi şəhərətrafı ərazilərdə yağışın sulu qara keçəcəyi ehtimal olunur.

Bəzi yerlərdə qar yağacaq, ayrı-ayrı yerlərdə, əsasən Naxçıvan Muxtar Respublikası, Qarabağ və Şərqi-Zəngəzur bölgəsində, Balakən, Şəki, Quba, Xaçmaz, Lənkəran, Astara zonasında yağıntıların intensiv olacağı ehtimal olunur.

18-i gündüz saatlarından Bakıda və Abşeron yarımadasında və bölgələrdə hava şəraitinin nisbətən sabitləşəcəyi gözlənilir.

Dekabrın 19-u və 20-də ölkə ərazisində havanın mülayim, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Mülayim cənub-şərq küləkləri üstünlük təşkil edəcək.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar