Sizin Reklam Burada
Xəbər lenti
09-09-2025
08-09-2025
BÜTÜN XƏBƏRLƏR

Gəncədə narkotik satan şəxslər SAXLANILDI

Tarix: 16-12-2023 09:46     Baxış: 3216 A- / A+
Gəncə Şəhər Baş Polis İdarəsi və onun tabeli qurumlarının əməkdaşları şəhər ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində bir sıra səmərəli tədbirlər həyata keçirib. Belə ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif yollarla ölkə ərazisinə, o cümlədən Gəncə şəhərinə gətirilmiş narkotik vasitələri satmaqda və yaymaqda şübhəli bilinən 20-ə yaxın şəxs saxlanılıb.
DİN-dən bildirilib ki, saxlanılan hər bir şəxsin üzərində, avtomobillərində, yaşadıqları evlərdə, o cümlədən digər yerlərdə axtarış aparılan zaman müxtəlif çeşidli narkotik vasitələr və güclü təsiredici gücə malik narkotik maddələr aşkar edilərək götürülüb. Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları xarici ölkə vətəndaşlarından onlayn yolla şəxsi istifadələri ilə yanaşı, Gəncə şəhəri ərazisində satmaq və yaymaq məqsədi ilə əldə etdiklərini bildiriblər.
Aralarında əvvəllər də törətdikləri analoji cinayətlərə görə məhkum olunmuş bir neçə şəxsin yaşadıqlar evə baxış keçirilən zaman narkotik maddələrlə yanaşı, odlu silahlar da aşkarlanaraq götürülüb.
Bu şəxslərin hər biri barəsində cinayət işləri başlanılıb, istintaq tədbirləri davam etdirilir. Saxlanılanların daxil olduqları narkoşəbəkənin digər üzvlərinin müəyyən edilməsi, həmçinin Gəncə şəhəri ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulmaları istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.

Manevr.az




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar