Xəbər lenti
İsa Həbibbəyli tarix dərsliklərini tənqid etdi
Sosializm, kommunizm sözü dərsliklərdən çoxdan silinsə də, o dövrdə formalaşdırılmış modellər, sxemlər hələ də elmi-tədqiqat əsərlərində, orta məktəb kitablarında yaşamaqda davam edir.
Manevr.az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasınım prezidenti İsa Həbibbəyli Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Müəllimlərinin XVI Qurultayında çıxışı zamanı deyib.
O qeyd edib ki, bu günə qədər orta və ali təhsil məktəblərində keçirilən humanitar fənlərdə tarixin, cəmiyyətin dövrləşmə prosesində Marksın nəzəriyyəsi əsas götürülür:
"Əlbəttə Marksın adı çəkilmir. Lakin tarix kitablarında quldarlıq, ibtidai icma dövrü qədim dövr tariximiz, feodalizm dövrü orta əsr tariximiz, kapitalizm, yeni dövr tariximiz, sosializm isə ən yeni dövr tariximiz kimi tədris olunur. Bunu heç kəs, o cümlədən mən də inkar etmirəm. Marks nəzəriyyəsi Avropa ölkələri üçün nəzərdə tutulub. Azərbaycan cəmiyyətinin reallıqları dövrləri başqa formada təsvir olunmasını tələb edir. Marks nəzəriyyəsi, tarixin belə dövrlərə bölünməsi müstəqil Azərbaycanın maraqlarına uyğun deyil. Bu istiqamətdə islahatların aparılmasına ehtiyac var və Akademiya olaraq buna başlamağı özümüzə borc bilmişik. Hazırda Azərbaycan tarixinin inkişaf mərhələlərinin konsepsiyası üzərində işlər gedir".
O bildirib ki, inkişaf mərhələləri bir-biri ilə çox yaxındır, ümumi xətləri birdir, lakin hər bir elm sahəsi ilə fərqləri də var:
"Düşünürəm ki, bunlar dərsliklərimizdə də öz əksini tapmalıdır. On cilddə hazırlanan Azərbaycan ədəbiyyatı tarixi yeni inkişaf konsepsiyası və mərhələlər əsasında hazırlanır. Azərbaycan İncəsənətinin inkişaf mərhələləri müzakirə prosesindədir. Bunlar dərsliklərdə də öz əksini tapmalıdır".
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar