Ermənistana səfəri səs-küy doğuran türkiyəli bloger Alper Rende Azərbaycana səfər edib.Manevr.az xəbər verir ki, Şuşaya da baş çəkən bloger səfəri ilə bağlı bunları bildirib:
"Əvvəlki videomuzda mən Ermənistana getmişdim və oradakı insanlardan çox da müsbət reaksiya almamışdım. Bu günlərdə isə Azərbaycanda oldum. Əziz azərbaycanlı türk qardaşlarım sayəsində bizi çox səmimi qarşıladılar. Təbii ki, mən də işğaldan azad edilmiş Qarabağa, Şuşaya getdim, müharibənin izlərinin şahidi oldum. Ümid edirəm ki, bundan sonra sülh hökm sürəcək və hamımız birlikdə sülh içində yaşayacağıq".
Qeyd edək ki, türkiyəli bloger Alper Rende dostları ilə birlikdə İrəvanda olarkən erməni qadınla mübahisə etmişdi. Bu mübahisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu. Alper Rende səfər zamanı irqçiliklə üzləşdiyini bildirmişdi.(Bakupost.az)