Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan hökuməti eks-məmura təzminat ödəyəcək

Tarix: 14-12-2023 17:30     Baxış: 3151 A- / A+


Azərbaycan hökuməti eks-məmura təzminat ödəyəcək

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) dekabrın 14-də Prezident Aparatı İşlər idarəsinin keçmiş müdiri Akif Muradverdiyevin şikayəti ilə bağlı qərar çıxarıb.

Manevr.az-ın məlumatına görə, məhkəmənin qərarı barədə məlumatı hüquqşünas Xalid Ağalıyev yayıb.

İşin hallarına görə, şikayətçi 2013-cü ilin iyun ayında Moskvaya getmək istərkən Beynəlxalq Hava Limanında saxlanılıb. Onun üzərində əl yükü – kiçik bir çanta olub. Ərizəçi təhlükəsizlik, gömrük və sərhəd yoxlamalarından keçdikdən sonra, minik qapısının yaxınlığında keçmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb. Çantası götürülən ərizəçi iyirmi dəqiqə otaqda sorğu-sual edilib. Ardınca, çantası geri verilib və şahidlərin iştirakı ilə üzərində və çantasında axtarış aparılıb. Axtarış lentə də alınıb, axtarış protokoluna görə, baxış zamanı ərizəçinin çantasından 40 qızıl sikkə, müxtəlif valyutalarda nağd pullar və bir neçə mobil telefon aşkar edilib. A.Muradverdiyev buna etiraz edib pul və telefonların ona məxsus olduğunu, qızıl sikkələrin isə ora qoyulduğunu bildirib.

Daha sonra ərizəçi MTN-ə aparılıb, ona Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə qaçaqmalçılıq ittihamı irəli sürülüb.

Xəzər Məhkəməsi A.Muradverdiyevi qaçaqmalçılıqda təqsirli bilərək, 4 il müddətinə azadlıqdan məhrum edib. Yuxarı məhkəmələr hökmü dəyişməyib.
Avropa İnsan Haqları Məhkəməsi ərizəçiyə münasibətdə Konvensiyanın 6.1-ci maddəsinin pozulmasına qərar verib. Qərara görə, hökumət A.Muradverdiyevə 4 min avro təzminat ödəməlidir. Onu AİHM qarşısında vəkil Fuad Ağayev təmsil edib.
A.Muradverdiyev 12 il Prezident Apatında işlər müdiri işləyib. Daha əvvəl isə (1995-2000) Milli Məclisin deputatı olub.
Akif Muradverdiyev iki dəfə həbs olunub. Birinci hadisə 2005-ci ildə baş verib. Onda Muradverdiyev Milli Məclisin üzvü deyildi, amma Prezident Aparatında işlər müdiri kimi yüksək vəzifə tuturdu. O, 2005-ci ilin parlament seçkiləri ərəfəsində - ölkə başçısının 20 oktyabr 2005-ci il tarixli sərəncamı ilə Prezident Administrasiyasının işlər müdiri vəzifəsindən azad olunmuşdu. Ardınca cinayətlərə görə 6 il azadlıqdan məhrum olunmuşdu.
Akif Muradverdiyev üç il həbsdə qaldıqdan sonra - 2008-ci il yanvarın 15-də Ali Məhkəmənin qərarı ilə sərbəst buraxılmışdı. Ali Məhkəmə onun cəzasını 5 il sınaq müddətli şərti cəza ilə əvəz etmişdi.

Onun adı bir də 2013-cü ildə gündəm oldu. Bu, onun ikinci həbsi idi.

A.Muradverdiyev bu dəfə 3 il həbsdə qala bildi. O, 2016-cı ildə Prezident İlham Əliyevin məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncamıı ilə azadlığa çıxdı.

A.Muradverdiyev azadlığa çıxmazdan öncə əfv ərizəsi yazmışdı.modern.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar