Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

Qarabağa köçürüləcək şəxslərin siyahısı kimdəsə var? - Açıqlama

Tarix: 14-12-2023 17:18     Baxış: 3239 A- / A+


   
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sosial mediada azad edilən ərazilərə ilkin mərhələdə köçürüləcək şəxslərin siyahısının kimdəsə olması məlumatının əsassız olduğunu bildirib.
Dövlət Komitəsindən Manevr.az-a verilən məlumata görə, azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası çərçivəsində bərpa-quruculuq işlərinin aparıldığı Qarabağa və Şərqi Zəngəzura keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.
Qeyd olunub ki, qayıdış prosesi ilə bağlı hər bir məlumat "Qaçqınkom"un rəsmi saytında (idp.gov.az) operativ qaydada yerləşdirilir və sosial media hesablarında müntəzəm paylaşılır:
"Təəssüf ki, bəzi şəxslərin sosial media hesablarında Dövlət Komitəsinin səlahiyyətlərinə aid olan məsələlər barədə həqiqətə uyğun olmayan, yalan məlumatların yayılması hallarına rast gəlinir. Bu günlərdə sosial mediada bir nəfər iddia edib ki, onda işğaldan azad edilmiş ərazilərə ilkin mərhələdə köçürüləcək şəxslərin siyahısı var. Belə məlumatların məcburi köçkünlər arasında çaşqınlıq yarada biləcəyini nəzərə alaraq bir daha bildiririk ki, vətəndaşlar işğaldan azad edilmiş ərazilərdə bərpa olunan və yenidən tikilən yaşayış məntəqələrinə köçürülmə ilə bağlı bütün məsələlərə dair məlumatı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət etməklə dəqiqləşdirə bilərlər".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar