Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

Səhiyyə Nazirliyi əhaliyə çağırış etdi

Tarix: 13-12-2023 22:42     Baxış: 3253 A- / A+
Səhiyyə Nazirliyi əhaliyə
Səhiyyə Nazirliyi kəskin respirator infeksiyalarla bağlı əhaliyə çağırış edib.

Bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Günay İsmayılova respirator viruslarla bağlı danışarkən deyib.

Onun sözlərinə görə, kəskin respirator infeksiyalar əsasən hava-damcı yolu ilə yayılır və yüksək yoluxuculuğa malikdir.
Terapevt bildirib ki, payız-qış mövsümündə bu infeksiya daha çox yayılır: “Soyuq havada qapalı məkanda toplanma, immun sisteminin zəifləməsi, eləcə də meyvə-tərəvəzin az qəbulu xəstələnməni qaçılmaz edir. Qrip adətən 1 həftə çəkir, müddət uzanırsa, viral infeksiyalara əlavə bakteriyalar da qoşulur. Bu səbəbdən həkimə müraciət tövsiyə olunur”.

Nazirlik rəsmisi qeyd edib ki, kəskin respirator infeksiyaların 25 %-ni məhz qrip təşkil edir: “Xəstəliyin əsas simptomları öskürək, yüksək hərarət, boğazağrısı, qıcıqlanma, üşümə, halsızlıq və s. -dir. Qripin inkubasiya dövrü 2-3 gün, xəstəlik isə 1 həftə davam edir. Düzgün müalicə metodu olmasa, qripin ciddi fəsadları ola bilər. Xəstəliyə yoluxmamaq üçün vitaminlərlə zəngin düzgün qidalanma, maye balansı mütləqdir. Yuxu rejiminin də immun sisteminin güclənməsində böyük rolu var”. metbuat.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar