Samarada 30 yaşlı qadın ofisdən 24 milyon rubl dəyərində kağız oğurlayıb.
Rusiya mediası bildirir ki, qadın Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu (“Dələduzluq”) və 174.1-ci (“Çirkli pulların yuyulması”) maddələri ilə ittiham olunur. İş mahiyyəti üzrə baxılması üçün şəhərin Kuybışevski Rayon Məhkəməsinə göndərilib.
Müstəntiqlərin sözlərinə görə, 2020-ci ilin mayından 2021-ci ilin oktyabrına qədər təşkilatın iqtisadi dəstək şöbəsinin baş mütəxəssisi şirkətdən ümumi dəyəri 24 milyon rubldan çox olan (təxminən 453 min 600 manatdan çox) 112 min qutu ofis kağızı oğurlayıb. Bu pulla o, özünə mənzil və “Mercedes-Benz GLC 200 4MATIC” markalı avtomobil alıb.
Cinayət təqibindən xəbər tutan qadın əmlakını ucuz qiymətə satıb və yoxa çıxıb. İndi qadın beynəlxalq axtarışa verilib, barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.lent.az
Xəbər lenti
Qadın ofisdən 24 milyon oğurlayıb özünə ev aldı

Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































