Xəbər lenti
Bakı metrosunda gediş haqqı artırılır? – "Metropoliteninin müraciəti..."
Son zamanlar qatarlarda olan nasazlıqlar (“Xətai”də sərnişinlərin qəbul edilmədən hərəkətə keçməsi, “20 Yanvar” stansiyasında hərəkət edərkən dayanması, ləngiməsi və s. kimi hallar) qiymətin artırılması ilə əlaqələndirilir.
Belə ki, sosial şəbəkə istifadəçiləri bu kimi halların bilərəkdən yaradıldığı və nəticədə Bakı Metropolitenində gediş haqqının artırılacağını qeyd edirlər.
Manevr.az-ın xəbərinə görə, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Cebhe.info-ya açıqlamasında bildirib ki, noyabr ayında Bakı Metropolitenində qatarlarla bağlı iki hadisə qeydə alınıb.
Noyabr ayının 20-də sərnişin müdaxiləsi nəticəsində qapıda nasazlıq ehtimalı olub. Bu barədə maşinistin nəzarət etdiyi monitora siqnal daxil olub, qatara baxış keçirilməsi zərurəti yaranıb. İkinci hal isə qatarda olan nasazlıqla bağlı olub. Bu səbəbdən "Nəsimi" stansiyasında olan sərnişinlər düşürülüb, "Memar Əcəmi" stansiyasına qatar verilib və bunun nəticəsində xətdə 3-5 dəqiqə arasında yubanma qeydə alınıb.
Ümumiyyətlə, digər yubanmalar isə bir neçə saniyədən ibarət olur, bu da sərnişin sıxlığı nəticəsində qapıların tutulub saxlanılması ilə bağlıdır. Bu, xətdə qatarların hərəkəti ilə bağlı hər hansı bir maneə yaratmır. Çünki bununla bağlı sentyabrın 15-dən müvafiq tədbirlər görülüb”.
O bildirib ki, ümumilikdə bu hadisələrin qiymətin artırılması ilə bağlı hər hansı əlaqəsi yoxdur:
“Qiymətlərin tənzimlənməsi Bakı Metropoliteninin səlahiyyətində deyil. Qiymətlərə yenidən baxılması ilə bağlı Bakı Metropoliteninin hər hansı bir müraciəti olmayıb".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar