Xəbər lenti
"Sumqayıtımız günbəgün gözəlləşir, ANCAQ..."
Manevr.az şəhid Həsən Qorçuyevin həyat yoldaşı Nərminə Əli qızı Səfərəliyevanın bir qrup sakinlər adından redaksiyanın elektron poçtuna göndərdiyi müraciəti təqdim edir:
"Azərbaycan Respublikasının Prezidenti
Möhtərəm İlham Əliyev cənablarına
Surəti:Azərbaycan Respublikasının birinci vitse-prezidenti
hörmətli Mehriban Əliyevaya
Surəti:Azərbaycan Respublikasının Baş naziri
cənab Əli Əsədova
Surəti:Azərbaycan Respublikası Milli Məclisinin sədri
Hörmətli Sahibə Qafarovaya
Surəti:Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı
cənab Zakir Fərəcova
Surəti:Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin
sədri cənab Zaur Mikayılova
M Ü R A C İ Ə T
Dövlət başçımız İlham Əliyev cənablarının göstərişləri sayəsində gənclər şəhəri, doğma Sumqayıtımız günbəgün gözəlləşir. Şəhər sakinləri və qonaqlar Sumqayıtda gedən quruculuq, abadlıq işlərini alqışlayır.
Əfsuslar olsun ki, işlərini təşkil edə bilməyən bəzi qurumların yarıtmaz fəaliyyətlərnə görə şəhərimizdə sürətlə davam edən quruculuq işlərinə kölgə salınır.
Sumqayıt stansiyası - "MERO"-nun arxa tərəfindəki yaşayış massivində kanalizasi sisteminin olmaması üzündən biz sakinlər əziyyət çəkirik. Burada 7 küçə, hər küçədə təqribən 20 fərdi yaşayış evi var. Ərazidə 140-a yaxın ailə məskunlaşıb. Biz sakinlər çirkab sularını şambolara axıtmaq məcburiyyətindəyik.
Ərazidə antisanitariya hökm sürür. Axan çirkab suları həyətlərimizə yayılır, hasarlara ziyan vurur. Bununla bağlı Sumqayıt şəhər Su Kanal idarəsinə müraciət etmişik. İdarədən bildirilir ki:-adı çəkilən əraziyə boru xəttinin çəkilməsi Su idarəsinə aid deyil, bu özəl şirkətlərin səlahiyyətindədir.
Xahiş edirik, qeyd edilən əraziyə kanalizasiya xəttinin çəkilməsi üçün göstəriş verəsiniz. Öncədən Sizə minnətdarıq".
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar