Sizin Reklam Burada
Xəbər lenti
11-11-2025
10-11-2025
BÜTÜN XƏBƏRLƏR

Yanvardan həyət evlərinin qiyməti yenə artacaq? - AÇIQLAMA

Tarix: 11-12-2023 20:46     Baxış: 4192 A- / A+

"Ötən günlərdə baş vermiş zəlzələ zamanı ciddi bir fəsad və dağıntılar olmadığı üçün bu, əmlak bazarına elə bir ciddi təsir göstərməyəcək".
Manevr.az bildirir ki, bunu İqtisadiyyat.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib.
O, zəlzələdən sonra həyət evlərinin qiymətində artımın müşahidə olunub-olunmadığı ilə bağlı suala aydınlıq gətirib:
"Yay aylarında da belə bir zəlzələ baş vermişdi. Həmin ərəfədə də həyət evlərinin qiymətinin artması ilə bağlı qeyri-rəsmi xəbərlər yayılırdı. Ümumiyyətlə, tələbat yüksək olduğu zaman həyət evlərində qiymət artımı olur. Tələbat təxminən mart ayının sonundan başlayaraq avqustun sonuna qədər davam edir. Soyuq aylarda isə həyət evlərinə tələbat azalır. Çünki yay aylarında tikinti işləri daha rahat həyata keçirilir və bağ evlərinə maraq böyük olur".
Ekspert həmçinin xatırladıb ki, oktyabrın 1-dən çıxarışı olmayan evlərə kommunal xidmətlərin verilməməsi qərarı artıq çıxarışı olan həyət evlərinin qiymətini artırıb. O, həyət evlərinin böyük qisminin sənədlərində problemlər olduğuna görə həmin evlərin ipoteka predmentinə çevrilə bilmədiyini qeyd edib.
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı isə İqtisadiyyat.az-a açıqlamasında zəlzələdən sonra hələ ki, həyət evlərinə tələbatın o qədər də müşahidə olunmadığını deyib.
O da digər həmkarının fikirlərinə qatılaraq, ötən günlərdə baş vermiş zəlzələnin psixoloji baxımdan əmlak bazarına ciddi təsir göstərmədiyini vurğulayıb: "Ümumiyyətlə, biz bunun nəticələrini ayın axırından sonra biləcəyik. Zəlzələnin ciddi fəsadları olsaydı, bu, əmlak bazarında qiymətlərə öz təsirini göstərərdi. Lakin dağıntı və fəsadlar olmadığından hesab edirəm ki, baş vermiş zəlzələ əmlak bazarına ciddi təsir göstərməyəcək".
Xatırladaq ki, dekabrın 7-də Xəzər dənizində 5,6 maqnitutada zəlzələ baş verib. Yeraltı təkan 68 km dərinlikdə, 5,6 maqnitudalı olub. Zəlzələ 5-3 bala qədər hiss olunub. Xəzərdəki zəlzələ Bakı ilə yanaşı daha 8 rayonda hiss edilib. Hazırda afterşoklar davam edir. 



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar