Sizin Reklam Burada
Xəbər lenti
09-09-2025
08-09-2025
BÜTÜN XƏBƏRLƏR

Bakıda xəstəxanada BİABIRÇILIQ: "İşçilər əməliyyat zamanı "TikTok"da deyib-güldülər"

Tarix: 08-12-2023 22:46     Baxış: 3198 A- / A+
Bakıda xəstəxanada BİABIRÇILIQ: "İşçilər əməliyyat zamanı "TikTok"da deyib-güldülər" - VİDEOÖzəl tibb müəssisəsində lentə alınan videogörüntülər cəmiyyətdə narazılığa səbəb olub.

Sosial şəbəkələrdə paylaşılan görüntülərin metronun "Elmlər Akademiyası" stansiyası yaxınlığında, Kazım Kazımzadə, 99 ünvanında yerləşən "Uni" klinikasında həkim Elmir Qəhrəmanovun icra etdiyi əməliyyat zamanı lentə alındığı iddia edilir.

Belə ki, əməliyyat gedərkən həkimin assistenti olduğunu bildirən xanım "TikTok" platformasında canlı yayım açıb. Canlı yayım zamanı izləyicilər şərh bölməsindən xanıma "Komutan", XTQ, "Hidayət" kimi sözləri əlinə yazmasını istəyirlər4. Xanım isə əlcəklərin üzərinə qeyd edilən sözləri yazır.
Sözügedən canlı yayımda aparılan cərrahi əməliyyata dair heç bir məlumatlandırıcı məzmunun olmaması və xanımın əməliyyat zamanı lağlağı etməsi sosial şəbəkə ¹istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb.

Steril mühitin pozulmasını, pasiyentin sağlamlığının riskə atılmasını qınayan sosial şəbəkə istifadəçiləri bu davranışı həkimin və tibb müəssisəsinin pasiyentlərə qarşı qeyri-peşəkar yanaşması kimi qiymətləndiriblər.

Məsələ ilə bağlı sözügedən klinikanın direktoru Elmir Daşdəmirov ilə əlaqə saxladıq. Direktor sözügedən videogörüntülərin onun klinikasında və həkim Elmir Qəhrəmanovun əməliyyat zamanı çəkildiyinə dair iddiaları təsdiq edib:

"Videogörüntülərdən xəbərim yox idi, indi gördüm. Həkim çağırılacaq, töhmət veriləcək. Mən işdən azad eləsəm, gedib ayrı müəssisədə işləyəcək. Həkimdir, diplomunu da əlindən ala bilmərəm. Digər məqamı Səhiyyə Nazirliyi yoluna qoymalıdır". oxu.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar