Xəbər lenti
Füzuliyə növbəti köç karvanı yola salınıb
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.Bu gün Bakı şəhərindən 14 ailə (45 nəfər), Füzuli rayonundan üç ailə (10 nəfər), İmişli rayonundan iki ailə (altı nəfər), Lənkəran rayonundan iki ailə (beş nəfər), Salyan rayonundan bir ailə (beş nəfər), Sumqayıt şəhərindən bir ailə (dörd nəfər), Beyləqan rayonundan bir ailə (iki nəfər) olmaqla ümumilikdə 24 ailə (77 nəfər) Bakı şəhəri Qaradağ rayonunda yerləşən “Qobu Park-3” yaşayış kompleksindən doğma yurda yola salınıb.
Qeyd edək ki, Füzuli, İmişli, Lənkəran və Beyləqan rayonlarında məskunlaşmış daha doqquz ailə (28 nəfər) isə yaşadıqları yerdən yola salınacaq və rayonun Əhmədbəyli kəndində köç karvanına qoşulacaq.
Bununla da bu gün köçürülənlər də daxil olmaqla ümumilikdə Füzuli şəhərinə 332 ailə (1 183 nəfər) köçürülüb və məskunlaşması təmin edilib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































