Sizin Reklam Burada
Xəbər lenti
09-09-2025
08-09-2025
BÜTÜN XƏBƏRLƏR

Əjdər Ol şikayətini geri götürdü

Tarix: 06-12-2023 13:37     Baxış: 4220 A- / A+

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq aparat rəhbəri, məhkum yazıçı Əjdər Cəbiyev (Əjdər Ol) apellyasiya qərarından verilmiş kassasiya şikayətini geri götürüb.

Manevr.az
-ın "Qafqazinfo”-ya istinadən məlumatına görə, bu, Ali Məhkəmədə keçirilən iclasda elan edilib.

Prosesə sədrlik edən hakim Tahir Kazımov deyib ki, məhkum Cəbiyev məhkəməyə ərizə göndərib, vəkili tərəfindən verilmiş şikayətə baxılmamasını xahiş edib. Məhkəmə məhkumun prosessual hüququnu təmin edib. 

Qeyd edək ki, Əjdər Ol sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə aparılan istintaqla həbs olunub. O, külli miqdarda mənimsəmədə və rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi sonradan həbs müddətini 3 ay azaldıb.

Səlim Müslümov isə ibtidai istintaq dövründə ev dustaqlığına buraxılıb. Onun məhkəməsi 2 ildir davam edir.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar