Sizin Reklam Burada
Xəbər lenti
09-09-2025
08-09-2025
BÜTÜN XƏBƏRLƏR

Uşaqların icbari dispanserizasiyası ilə bağlı XƏBƏRDARLIQ

Tarix: 04-12-2023 18:31     Baxış: 3413 A- / A+
Baş Prokurorluq uşaqların icbari dispanserizasiyası ilə bağlı qanuni nümayəndələrə xəbərdarlıq edib.
Manevr.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun paylaşdığı məlumatda bildirilib.
Qeyd olunub ki, uşaqların icbari dispanserizasiyasının məqsədi uşaqların sağlamlığının qorunması və möhkəmləndirilməsinə yönəlmiş tədbirlərin həyata keçirilməsi, uşaqlar arasında xəstələnmə, əlilliyin, ölümün səviyyəsinin azaldılması, uşaqların xəstəliklərdən qorunmasından ibarətdir.
Dispanserizasiyadan keçiriləcək uşaqlara tibbi xidmətin həcmi və keyfiyyət standartlarının (beynəlxalq tələblərə uyğun) təsdiq edilməsinə, dispanserizasiyadan keçiriləcək uşaqların registrinin yaradılması və onun aparılmasına, hər il uşaqların sağlamlıq vəziyyətinin müəyyən edilməsi və qiymətləndirilməsinə, uşaqlar arasında xəstəliklərin səbəblərinin erkən aşkar edilməsi və onların aradan qaldırılması üzrə sosial, sanitariya-gigiyena, epidemiya əleyhinə və müalicə-sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsinə təminat verilir.
Uşağın qanuni nümayəndəsi tərəfindən aşağıda qeyd olunanlara riayət edilməməsi inzibati məsuliyyətə səbəb olur:
- dispanserizasiya ilə əlaqədar tibb işçilərinin göstərişlərinin yerinə yetirilməməsi,
- həkimin çağırışı ilə uşağın aidiyyəti tibb müəssisəsinə gətirilməməsi,
- daimi yaşayış yerini dəyişdikdə, ərazi üzrə tibb müəssisəsinə uşağın uçota alınması üçün 1 ay müddətində müraciət edilməməsi.
Bu əməlləri törədən müvafiq şəxslər barəsində xəbərdarlıq və ya cərimə növündə inzibati tənbeh tətbiq edilir.
Qeyd edək ki, uşaqlara dövlət tibb müəssisələrində icbari dispanser xidmətinin göstərilməsi dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir.




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar