Sizin Reklam Burada
Xəbər lenti
21-01-2025
BÜTÜN XƏBƏRLƏR

Ağdərə rayonunun yaradılmasına görə dövlət büdcəsinə dəyişiklik edilir

Tarix: 01-12-2023 12:20     Baxış: 4191 A- / A+


Ağdərə rayonunun yaradılmasına görə dövlət büdcəsinə dəyişiklik edilir.
Manevr.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında 2024-cü ilin dövlət büdcəsinin müzakirəsi zaman maliyyə naziri Samir Şərifov deyib.

O qeyd edib ki, Azərbaycanda yeni rayon yaradılıb, Prezident İlham Əliyev tərəfindən bir sıra fərmanlar qəbul edilib.
"Bununla bağlı dövlət büdcəsinə bəzi düzəlişlərin edilməsinə ehtiyac yaranıb. Bu xərclər dövlət büdcəsinin xərcləri çərçivəsində baş verə bilər. Ağdərə rayonunun təsis edilməsi ilə bağlı qanun layihəsinə rayonun adının daxil edilməsinə ehtiyac yaranıb", - deyə nazir əlavə edib.
Qeyd edək ki, Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin gəlirləri 34 173 000,0 min manat, xərcləri 36 763 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 33 399 895,0 min manat, yerli gəlirləri 773 105,0 min manat, mərkəzləşdirilmiş xərcləri 35 980 547,0 min manat, yerli xərcləri 782 453,0 min manat) məbləğində nəzərdə tutulur.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar