Xəbər lenti
Lamiyyə Ələkbərovaya vəzifə verildi
Aparıcı Lamiyyə Ələkbərovaya yeni vəzifə verilib.
O, MTV-də musiqi departamentinin direktoru təyin olunub. L.Ələkbərova artıq bir neçə gündür ki, sözügedən kanalda vəzifəsini icra etməyə başlayıb.
O, bu haqda açıqlama verərək, sualları cavablandırıb. Bu günə kimi bir çox kanalda çalışan və layihələrin rəhbəri olan L.Ələkbərova bunları əlavə edib:
"MTV hər zaman ənənəni, tərbiyəni qoruyub saxlayan kanal olub. Mən də bu tərzi qoruyub, daha da uğurlu işlər qatacağam. Bu günə kimi çalışdığım kanallarda etdiyim layihələr necə uğurlu olubsa, inanıram ki, burada da olacaq. MTV kanalının komandası ilə birlikdə maraqlı işlər görəcəyik. Konservatoriyada dirijorluq, Mədəniyyət və İncəsənət Universitetində rejissorluq fakültəsini bitirmişəm. Mənim bu işi görməyə haqqım var. Televiziya təbliğatdır, hamıya örnək olmalıdır. Bu günə kimi MTV bunu qoruyub, bundan sonra da davam edəcəyik. Gözəl kliplər, verilişlər yayımlanacaq. Layihələrin sayını artıracağıq".
Qeyd edək ki, Lamiyyə Ələkbərova 1995-2006 cı illərdə AzTV-də layihə rəhbəri, aparıcı və rejissor kimi çalışıb. 2006-cı ildən 2017-ci ilə qədər hazırda fəaliyyəti dayandırılan "Lider TV"də baş rejissor, teleaparıcı və direktor müavini vəzifəsini tutub. 2017-2018-ci illərdə İctimai TV-də Musiqi, əyləncə və xüsusi layihələr departamentinin direktoru vəzifəsində fəaliyyət göstərib. 2018-ci ildə "Mədəniyyət" kanalında direktor müavini vəzifəsində çalışır. Sonuncu çalışdığı kanal isə "Kanal S" olub. (Axşam.az)
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar