Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Deputatlar hansı sosial şəbəkələrdə daha fəaldır? - ADLAR

Tarix: 30-11-2023 20:58     Baxış: 3160 A- / A+

Son illər texnoloji yeniliklər nəticəsində ölkədə və dünyada baş verən hadisələrlə operativ  tanış olmaq daha əlçatan olub. Bu operativliyin təmin olunmasında sosial şəbəkələrin rolu danılmazdır. İnsanlar həm vizual, həm də audiovizual informasiyaları "Facebook", "Instagram", "Telegram", "X" və "TikTok" kimi sosial şəbəkələr vasitəsilə daha rahat şəkildə əldə edə bilirlər. Beləliklə, bu platformalar artıq xəbər redaksiyalarına və ya studiyalarına çevrilib. Məhz sosial şəbəkələrdən bu məqsədlə istifadə edənlərin sayı durmadan artır. Bu gün sosial şəbəkələr bir çox dünya ölkələrində siyasətçilərin, məmurların və deputatların öz açıqlamalarını, bəyanatlarını və şərhlərini geniş auditoriyaya çatdırdığı bir tribunaya çevrilib. Bəs, ölkəmizdə Milli Məclisin deputatlarının sosial şəbəkələrə marağı necədir və onlar daha çox hansı platformadan istifadə edirlər?

Manevr.az bildirir ki, İqtisadiyyat.az bu mövzu ətrafında Milli Məclisin bəzi deputatları arasında sorğu keçirib.

Deputat Elman Nəsirov hadisələrə dərhal reaksiya vermək qabiliyyətinə malik olduğu üçün sosial şəbəkələri cəmiyyətdə baş verən proseslərin barometri adlandırıb. O, digər sosial şəbəkələrlə yanaşı "TikTok"dan da istifadə etdiyini və iştirak etdiyi çoxsaylı debatlardakı çıxışlarından müəyyən hissələri məhz bu paltformada paylaşdığını söyləyib:

"Xüsusilə politoloqların sosial şəbəkələrin imkan və potensialından istifadə etməyə çox ciddi ehtiyacı var. Mən də sosial şəbəkə platformalarında aktivəm. Şəxsi "Facebook", "X", "Telegram", "YouTube", "Instagram" hesablarım var. Həmçinin "TikTok" hesabım da var. Orada iştirak etdiyim çoxsaylı debatlardakı çıxışlarımdan müəyyən hissələri paylaşıram. Diqqət cəlb edən başlıqlı videolarımın 50-60 min izlənməsi olur. İndi "TikTok"da 3 mindən çox izləyicim var".

Deputat Ceyhun Məmmədov da bütün sosial şəbəkələrdən istifadə etdiyini söyləyib. O, iki ildən artıqdır "TikTok"a qatıldığını və bu platformada 3 mindən çox izləyicisinin olduğunu bildirib:

"Sosial şəbəkələr dövründə yaşayırıq və buna görə də bütün sosial şəbəkə platformaları önəmlidir. Hesab edirəm ki, hər bir tanınmış şəxsin, ictimai xadimin sosial şəbəkədə fəal olması çox vacibdir. Mən özüm bütün sosial şəbəkələrdən istifadə edirəm. Çünki hər bir platformanın öz kütləsi var. Dəqiq məlumatları saytlardan izləyirəm. Amma ümumi ölkədəki vəziyyəti, cəmiyyətdə gedən prosesləri təhlil etmək üçün "TikTok"dan istifadə edirəm".

Deputat Fazil Mustafa isə əsasən, "Facebook" üzərində paylaşımlar etdiyini, "TikTok"dan isə maraqlı düşüncə, fikirlərlə bağlı yalnız videolara baxdığını qeyd edib. O həmçinin bildirib ki, "YouTube"dan da bəzi verilişləri izləmək üçün istifadə edir: "Həmçinin televiziyaya da baxıram maşında olduqda isə radio dinləyirəm".
 
Deputat Etibar Əliyev isə daha çox "Facebook"da aktiv olduğunu, "TikTok"dan isə ümumiyyətlə istifadə etmədiyini bildirib: "Digər platformalara nisbətən insanlar daha çox "TikTok"a üstünlük verirlər. Lakin mən informasiya baxımından "TikTok"dan qətiyyən istifadə etmirəm. Məni daha çox elm, təhsil sahəsi və ölkə başçısının çıxışlarındakı tezislər maraqlandırır. Bunlarla yanaşı biz kitabları da unutmamalıyıq. Onlar ən böyük informasiya mənbəyidir. Sosial şəbəkələrdə manipulyasiyalara da daha çox rast gəlinir. Təəssüflər olsun ki, istənilən şəxsi nüfuzdan salmaq üçün həmin platformalarda rahatlıqla feyk xəbərlərdən istifadə edilir".
 
Bir çox sosial şəbəkələrdə aktiv olduğunu deyən deputat Siyavuş Novruzov da bəzi həmkarları kimi "TikTok" istifadəçisi deyil. O, informasiyaları müxtəlif mənbələrdən - mətbuat orqanları, internet televiziyaları, sosial şəbəkələrdən və s. aldığını bildirib:
 
"Ən əsası aldığın məlumatı dəqiqləşdirməkdir. Əgər məlumatın dəqiqliyinə inanmırsansa onunla bağlı hər hansı qərar vermək düzgün deyil. Bu baxımdan da informasiya mənbəyi gərək dəqiq olsun. Mənbə doğru olmadıqda bu insanların düşüncəsinə, fəaliyyətinə və mövqeyinə sirayət edir".
 
Deputat Arzu Nağıyev də "TikTok"la maraqlanmasa da, digər sosial şəbəkələrin fəal istifadəçisidir: "Mən "TikTok"da yoxam və onunla maraqlanmıram. Lakin "Facebook", "WhatsApp", "X" və "Telegram"dan istifadə edirəm".
 
Deputat Aydın Hüseynov isə daha çox "Facebook"da aktiv olduğunu bildirib və bu sosial şəbəkədəki fəallığını buradakı dostlarının çoxluğu ilə əlaqələndirib: "Ən çox "Facebook"da aktivəm. Çünki orada dostlarım çoxdur. "TikTok"dan isə ümumiyyətlə istifadə etmirəm. Xəbərləri əsasən müxtəlif rəsmi xəbər saytları və televiziyadan izləyirəm".
 
Həmkarlarından fərqli olaraq sosial şəbəkələrlə maraqlanmayan deputat isə Aqil Abbasdır. O, heç bir sosial şəbəkədən istifadə etmədiyini, məlumatları isə əsasən, televiziyalar vasitəsilə əldə etdiyini bildirib.
 
Sosial şəbəkələrdən aktiv istifadə etdiyini vurğulayan deputat Naqif Həmzəyev isə həm seçiciləri ilə daha rahat ünsiyyət qurmaqda, həm də müraciətləri daha rahat şəkildə qəbul etməkdə onların əlverişli olduğunu söyləyib: "Bacardığım qədər çalışıram ki, sosial şəbəkələrin bizə verdiyi imkanları düzgün dəyərləndirərək həm seçicilərlə daha rahat ünsiyyət qurum, həm də müraciətləri daha rahat qəbul edim. Eyni zamanda tədbirlərimizi, çıxışlarımızı da sosial şəbəkə vasitələrindən istifadə edərək seçicilərimizə çatdıra bilirik. Ancaq aktiv olaraq "TikTok" istifadəçisi deyiləm. Orada çıxışlarım, maraqlı müsahibələrim başqa istifdəçilər tərəfindən paylaşılır".
 
Deputat Zahid Oruc vəzifə tələbləri baxımından bütün kommunikasiya platformalarından istifadə etməyin vacibliyini vurğulayıb. O bildirib ki, baş verən hər bir hadisə, xüsusi tendensiyalar, siyasət, idarəetmə məsələləri həmin platformalarda cərəyan edir. Deputat buna görə də "Facebook", "X", "Telegram" və yaxud internet televiziyalarının hər birinin maraq dairəsində olduğunu qeyd edib:
 
"Gündəlik olaraq daha çox onlarla "Telegram" kanallarını izləyirəm. Xüsusilə də Azərbaycanın maraqlarını bu və ya digər formada  təqib edən, bizi izləyən, hədəfdə saxlayan regional və beynəlxalq dairələrin mövqelərini həmin platformalardan izləyirəm. "TikTok"da qeydiyyatdan keçməmişəm. "TikTok" sanki ideoloji-siyasi olmayan, qalıcı mədəniyyət formalaşdırmayan, amma öz növbəsinə informasiya daşıyan və cəmiyyəti müəyyən bir mövqelərə gətirən bir platformadır".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar